Azərbaycanın stolüstü tennisçiləri Latviyada beynəlxalq turnirinin qalibi olublar

Azərbaycanın stolüstü tennisçiləri Latviyanın paytaxtı Riqada keçirilən “Riga City Council’s Youth Cup” beynəlxalq turnirinin qalibi olublar. Azərbaycanın Stolüstü Tennis Federasiyasından SİA-ya verilən məlumata görə, Onur Quluzadə ilə Yağmur Məmmədli yarışda etimadı doğruldublar.

U-13 yaş dərəcəsində mübarizə aparan idmançılar bütün rəqiblərinə qalib gələrək baş mükafatı qazanıblar.

Qeyd edək ki, seçmə komandamız beynəlxalq yarışa 16 idmançı ilə qatılıb. Riqa sınaqlarına sabah yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə