İspaniya klubu baş məşqçini istefaya göndərib

İspaniyanın “Las Palmas” komandası baş məşqçi Luis Karrion ilə yollarını ayırıb. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, buna komandanın La Liqada göstərdiyi uğursuz çıxış səbəb olub. 46 yaşlı mütəxəssisin 2026-cı ilin yayında başa çatacaq müqaviləsinə vaxtından əvvəl xitam verilib.

“Las Palmas” Luis Karrionun rəhbərliyi altında bu mövsüm 9 turdan sonra topladığı 3 xalla sonuncu – 20-ci yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə