“Ludaqorets”in baş məşqçisi: Hər şey Bolqarıstanda həll olunacaq

“Hər şey Bolqarıstanda həll olunacaq”.

SİA xəbər verir ki, bu sözləri Bolqarıstanın “Ludaqorets” komandasının baş məşqçisi Georgi Dermenciyev UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində səfərdə “Qarabağ”ı (2:1) məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, hər iki topu “Qarabağ”ın boşluq yaratdığı zonalardan vurulduğunu bildirib: “Rəqib hücumda daha çox olurdu. Buna görə də boşluqlar yaratdılar. Futbolçularım da bundan yaxşı istifadə etməyi bacardılar”.

Mütəxəssis cavab matçında iki futbolçularının olmamasının komandaya mənfi təsir edəcəyini söyləyib: “Təəssüf ki, iki oyunçumuzu itirdik. Amma biz ruhdan düşmürük. Onları əvəzləyəcək futbolçular var”.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə