“Azərreyl” komandası 8 legionerlə yollarını ayırıb

Kişi voleybolçulardan ibarət “Azərreyl” komandası 8 legionerlə yollarını ayırıb. SİA-nın əldə etdiyi məlumata görə, “dəmiryolçular” iranlılar Rəsul Məhəmmədxani, Çarxluey Mohammedhusseyn, Mehdi Cəfərvənd, Mustafa Sattaripur, serbiyalı Miloş Antoniç, rusiyalı Sergey Platanenkov, Maksim Mixaylov və kubalı Pedro Qonzales San Martin ilə əməkdaşlığa son qoyub.

Daha əvvəl Azərbaycan millisinin üzvü Andrey Melnikov Bakı klubunu tərk edib.

Qeyd edək ki, “Azərreyl” ötən mövsüm Yüksək Liqanın qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə