Amerika Kubokunda II turun növbəti oyunları keçirilib

ABŞ-də təşkil olunan futbol üzrə Amerika Kubokunda II turun növbəti oyunları keçirilib. SİA-nın məlumatına görə, C qrupunda Panama yığması ABŞ ilə qarşılaşıb.

Panama bu görüşdə 2:1 hesablı qələbə qazanıb. Qrupun digər matçında Uruqvay millisi Boliviyanın qapısından 5 cavabsız top keçirib.

Qeyd edək ki, qrupda 6 xalı olan Uruqvay yığması 1/4 finala vəsiqəni təmin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə