Qvardiolaya 10 illik müqavilə təklifi..?

"Mançester Siti" rəhbərliyi baş məşqçisi Pep Qvardiolaya 10 illik müqavilə təklif etmək niyyətindədir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Bildirilir ki, klub rəhbərliyi ispaniyalı mütəxəssisə təzyiq və onun hər hansı bir qərarınına müdaxilə etməyəcək.

Xatırladaq ki, 53 yaşlı mütəxəssis 2016-cı ilin yayında “Mançester Siti”nin baş məşqçisi vəzifəsinə təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə