“Rekord sayda ölkənin iştirak etdiyi reqatada II yerə çıxmaq qürurverici hisdir” - Nurlan Paşayev

“Bu yarışa çox güclü şəkildə hazırlaşmışdıq. Çox başqa cür hisslər keçirirəm. Yarışla bağlı düşüncələrim çox müsbətdir. Rekord sayda ölkənin iştirak etdiyi reqatada ikinci yerə çıxmaq mənim üçün qürurverici hisdir”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Prezident Kuboku 2024” beynəlxalq reqatasının ikinci günündə gümüş medalın sahibi Nurlan Paşayev deyib.

”Sonlara yaxın tempimi artırmalı idim. Lakin gücüm çatmadı ona görədə birinci ola bilmədim. Ötən ildə bu yarışda iştirak edib üçüncü yerə layiq görülmüşdüm. Məşqçilərim sayəsində bu il nəticəmi yüksəltim. Bundan sonra daha da çox məşq edərək yarışlarda yaxşı iştirak etməkdir”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə