FİFA Prezidenti mavi kart təklifini rədd edib

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti Canni İnfantino futbolçuların qısa müddətə oyundan kənarlaşdırılmasını nəzərdə tutan “mavi kart” təklifinin əleyhinə olduqlarını bildirib. SİA xəbər verir ki, bu barədə İnfantino Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) Şotlandiyada keçirilən 138-ci İllik Baş Assambleyası ərəfəsində mətbuata açıqlamasında qeyd edib.

Hakimə etiraz edən və ya aldatma hərəkəti edən futbolçuların 10 dəqiqə meydandan qovulacağı xəbərlərinə də toxunan İnfantino Elit səviyyədə mavi vərəqə olmayacaq. Bu, bizim üçün gündəmdə olmayan bir məsələdir" deyə qeyd edib.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə