"Real Sosyedad" yaponiyalı ulduzun müqaviləsini uzadıb

İspaniyanın La Liqa komandalarından olan "Real Sosyedad" yaponiyalı ulduz Takefusa Kubonun müqaviləsinin uzadıldığını açıqlayıb. SİA-nın xarici KİV-ə istinadən məlumatına görə, “Real Sosyedad”dan verilən açıqlamaya görə, mavi-ağ klubla 2027-ci ilin iyun ayına qədər müqaviləsi olan Takefusa Kubo ilə 2029-cu ilin iyun ayına qədər yeni müqavilə imzalandığı bildirilib.

Ötən mövsümün əvvəlində Real Madriddən 6,5 milyon avroya (və sonrakı satışın 50 faiz payı) transfer edilən 22 yaponiyalı cinah oyunçusu bu mövsüm “Real Sosyedad” üçün 27 matçda 6 qol və 4 məhsuldar ötürmə göstərib. Alman futbol platforması Transfermarkt Kubonun bazar dəyərini 60 milyon avro olaraq qiymətləndirir.

Bütün xəbərlər Facebook səhifəmizdə