Ramil Şeydayev 8 oyunluq cəzalandırılıb

Azərbaycan millisinin və Tailandın "Buriram Yunayted" klubunun futbolçusu Ramil Şeydayev cəzalandırılıb. SİA xəbər verir ki, Asiya Futbol Konfederasiyasının qərarı ilə o, 8 oyun diskvalifikasiya olunub.

Buna Şeydayevin Asiya Çempionlar Liqasının qrup mərhələsində Çinin "Çyoçyan" komandası ilə görüşdən sonra kütləvi davada iştirakı səbəb olub. Onunla yanaşı, "Buriram Yunayted"in daha 2 oyunçusu cəzaya məruz qalıb.

Hər 3 futbolçu dekabrın 12-də Asiya Çempionlar Liqasında Yaponiyanın "Kofu" komandası ilə görüşdə meydanda ola bilməyəcək.

Qeyd edək ki, "Buriram Yunayted" həmin oyunda Çin klubunu 3:2 hesabı ilə qalib gəlib. Hər iki komanda H qrupunda 5 turdan sonra 6 xala malikdir və 3-4-cü sıralarda yer alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə