Azərbaycan Premyer Liqası: Mövsümdə ikinci dəfə ən yüksək məhsuldarlıq qeydə alınıb

Azərbaycan Premyer Liqasının cari mövsümündə ikinci dəfə ən yüksək məhsuldarlıq qeydə alınıb. SİA-nın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, bu, XVI turda keçirilən oyunlarda baş verib.

Geridə qalan turda qapılara 19 qol vurulub. “Sumqayıt” – “Qarabağ” oyununda (1:6) yeddi, “Neftçi” – “Turan Tovuz” matçında (3:2) beş, “Sabah” – “Səbail” görüşündə (4:0) dörd, “Qəbələ” – “Kəpəz” qarşılaşmasında (0:3) üç qol olub. Yalnız “Zirə” ilə “Araz-Naxçıvan”ın dueli qolsuz bitib.

Orta məhsuldarlıq 3,80-ə bərabər olub. Bu həm 2023/2024 mövsümünün, həm də son iki ilin rekordunun təkrarıdır. Cari çempionatın X turunda da 19 qol vurulub. Oktyabrın 20-22-də gerçəkləşən matçların orta məhsuldarlığı 3,80-ə bərabərdir.

Daha yüksək məhsuldarlığa sonuncu dəfə 25 ay əvvəl təsadüf olunub. 2021/2022 mövsümünün X turunda 4 oyunda 17 qol vurulub. 2021-ci il noyabrın 6-7-də reallaşan matçların orta göstəricisi 4,25 olub.

Bütün xəbərlər Facebook səhifəmizdə