Energetika Nazirliyinin təşkil etdiyi şahmat turniri başa çatıb

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Energetika Nazirliyinin təşkilatçılığı, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə energetika sahəsində fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında keçirilən şahmat turniri başa çatıb. SİA xəbər verir ki, İsveçrə sistemi üzrə təşkil edilmiş yarışda Energetika Nazirliyinin əməkdaşı Rauf Rzayev qalib olub. İkinci yeri “Azərenerji” ASC-nin əməkdaşı Famil İsgəndərov, üçüncü yeri isə SOCAR-ın təmsilçisi Şahid Şəmilov tutub.

Sonra turnirin mükafatlandırılma mərasimi keçirilib, qalib oyunçular diplom və hədiyyələrlə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə