"Polşanın 36 ildə əldə edə bilmədiyi şeyə nail olduq" - BAŞ MƏŞQÇİ

Polşa millisinin baş məşqçisi Çeslav Mixnieviç DÇ-2022-nin 1/8 finalında Fransaya uduzaraq (1:3) turnirdə mübarizəni dayandırmalarını şərh edib. SİA "Sky Sports"a istinadən xəbər verir ki, mütəxəssis məyus olduqlarını deyib: “36 ildən sonra qrup mərhələsindən çıxmaq əsas məqsədimiz idi. Uğur qazandıq, lakin növbəti mərhələdə son dünya çempionu ilə qarşılaşdıq. Çox təəssüflənirik. Bu gün üzüldük, məyus olduq. Daha çox vaxt keçəcək və biz buna baxışımızı dəyişəcəyik. Həftələr və aylar sonra biz fəxrlə deyə biləcəyik ki, Polşanın 36 il ərzində əldə edə bilmədiyi şeyə nail olduq”.

Qeyd edək ki, Polşa bunadək son dəfə 1986-cı ildə mundialın 1/8 finalına yüksəlməyi bacarmışdı. Komanda həmin vaxt Braziliyaya 0:4 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə