Neymar qrup mərhələsindəki son oyunu da buraxacaq

Braziliya millisinin üzvü Neymar DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Kamerunla görüşü buraxacaq. SİA xəbər verir ki, bu barədə Braziliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. İlk turda Serbiya ilə matçda (2:0) sıradan çıxan 30 yaşlı forvard hələ də zədəsini sağaltmayıb. Onun bərpa prosesi davam edir. Həmçinin Neymarda virus əlamətləri var.

Forvard eyni səbəbdən 2-ci turda İsveçrə ilə oyunda (1:0) da iştirak etməmişdi.

Qeyd edək ki, dekabrın 2-də keçiriləcək Kamerun - Braziliya görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Braziliya 6 xalla hazırda F qrupuna liderik edir. Komanda 3-cü tur oyununun nəticəsindən asılı olmayaraq, 1/8 finala vəsiqəni təmin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə