İl ərzində hansı yaşayış həyətlərində abadlıq işləri görülüb? - FOTOLAR
“Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində Bakı şəhərində yerləşən və sakinlərin yaşadığı çoxmərtəbəli binaları əhatə edən məhəllələr abadlaşdırılır. “Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır”. SİA xəbər verir ki, bununla bağlı məlumat IDEA İctimai Birliyinin mətbuat xidmətindən məlumat alıb.
Bu layihə çərçivəsində də bu il bir sıra ərazilərdə yenidən qurma işləri həyata keçirilib. Layihəyə uyğun olaraq Xətai rayonu, General Şıxlinski küçəsi 57 və 59 ünvanlarında 1200 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları, Xətai rayonu, Rahib Məmmədov küçəsi ev 24, 26 və Aşıq Ələsgər küçəsi 2 ünvanlarında 1300 nəfər sakinin yaşadığı 3 çoxmərtəbəli yaşayış binası daha sonra Nəsimi rayonu, 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsi 64 və 20 Yanvar küçəsi 4/66 ünvanlarında 1500 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edir.
Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 10a, 12, 14, 16 ünvanlarında 1000 nəfərdən çox sakinin yaşadığı çoxmərtəbəli yaşayış binası, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi 5, 7, 9 və 11 ünvanlarında 850 nəfər sakinin yaşadığı çoxmərtəbəli bina, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 1, Dadaş Bünyadzadə küçəsi 3 və 4 ünvanında 1000 nəfərdən çox sakinin yaşadığı çoxmərtəbəli yaşayış binaları yenilənərək insanların istifadəsinə verilib.
Abadlaşdırılan növbəti həyətlərdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğul olma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü mini futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 6 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb. Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib elektrik sistemi yenidən qurulub. Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı müxtəlif cinsli ağaclar və minlərlə kollar əkilib, ərazidə yaşıllıq zolağları salınıb. Bununla yanaşı, həyətin ətraflarında adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə “yaşıl səddlər” (green barriers) yaradılıb. Həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasad və blokları tam təmir olunaraq, qaz, su və istilik xəttləri yenidən qurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB