Qaydaları pozan avtobus sürücüsü işdən azad edildi

Bakıda 136 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsünün sərnişinlərin həyatını təhlükəyə atması ilə bağlı görüntülər yayılıb.

SİA-nın məlumatına görə, 90 MO 493 dövlət nömrə nişanlı avtobusun sürücüsü ötmə əməliyyatının qadağan olunduğu yerdə digər sərnişin avtobusunu ötüb və qarşıdan gələn minik avtomobili ilə toqquşmadan son anda qurtulub.

Təhlükəli anı əks etdirən görüntü qarşıdan gələn avtomobilin kamerasına düşüb.

Daşıyıcı şirkətdən bildirilib ki, sürücü Bakı Şəhər Yol Polisinə dəvət olunub.

Sürücü törətdiyi qayda pozuntusuna görə altmış manat və üç bal cərimə olunub və işdən azad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə