MEK tərəfindən ADA Universitetinə dəyərli nəşrlər hədiyyə edilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ADA Universitetinin “Bir müəllimin manifesti” ixtisasartırma proqramına dəstək verib. SİA xəbər verir ki, proqram çərçivəsində iştirakçıların təhsil və informasiya ehtiyaclarını ödəmək üçün kitabxana fondunun formalaşdırılması prosesində MEK-in Mübadilə fondundan 56 sayda ədəbiyyat hədiyyə olunub.
Hədiyyə edilən kitablara Qazax Müəllimlər Seminariyasının məzunları olmuş M.Hüseynin “Seçilmiş əsərləri” 2 cilddə, S.Vurğunun “Seçilmiş əsərləri” 5 cilddə, İ.Şıxlının “Seçilmiş əsərləri” 2 cilddə, O.Sarıvəllinin “Seçilmiş əsərləri”, H.Arifin “Seçilmiş əsərləri”, o cümlədən Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, “Əsli və Kərəm”, “Leyli və Məcnun”, “Koroğlu” operaları, A.Axundovun “Üzeyir Hacıbəylinin dili”, F.Köçərlinin “Azərbaycan ədəbiyyatı” 2 cilddə, N.Nərimanovun “Seçilmiş əsərləri”, E.Akimovun “M.Maqomayev” və digər dəyərli nəşrlər daxildir.
Məlumat üçün bildirək ki, ADA Universiteti Qazax Müəllimlər Seminariyasında “Bir müəllimin manifesti” ixtisasartırma proqramına ötən il başlayıb.
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB