Hədiyyə edilən kitablara Qazax Müəllimlər Seminariyasının məzunları olmuş M.Hüseynin “Seçilmiş əsərləri” 2 cilddə, S.Vurğunun “Seçilmiş əsərləri” 5 cilddə, İ.Şıxlının “Seçilmiş əsərləri” 2 cilddə, O.Sarıvəllinin “Seçilmiş əsərləri”, H.Arifin “Seçilmiş əsərləri”, o cümlədən Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, “Əsli və Kərəm”, “Leyli və Məcnun”, “Koroğlu” operaları, A.Axundovun “Üzeyir Hacıbəylinin dili”, F.Köçərlinin “Azərbaycan ədəbiyyatı” 2 cilddə, N.Nərimanovun “Seçilmiş əsərləri”, E.Akimovun “M.Maqomayev” və digər dəyərli nəşrlər daxildir.
Məlumat üçün bildirək ki, ADA Universiteti Qazax Müəllimlər Seminariyasında “Bir müəllimin manifesti” ixtisasartırma proqramına ötən il başlayıb.
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi