Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, sözügedən ərazinin Xidmət əməkdaşlarının nəzarəti altında Daşkəsən Rayon İcra Hakimiyyətinin işçiləri tərəfindən təmizlənməsi işlərinə başlanılıb və ərazi nəzarətə götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə