"Sevgi göstərməyin özü bir mədəniyyətdir"- PSİXOLOQ AÇIQLADI

“Gənclərin özlərinin öz həyat yoldaşlarını seçməsi, onların əvvəlcədən müşahidə etməsi, müşahidədən sonra özünün düşüncəsi ilə qərar verməsi yaxşıdır ki, sevgisini də özü yarada bilsin”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Psixoloq qeyd edib ki, ümumiyyətlə, sevgi hissi birdən-birə yaranmır. Sevgi zamanla, ünsiyyətlə, hörmətlə, tanımaqla, uyğunluqla əlaqəlidir: “Bəzən insanlar düşünür ki, “sevmədiyim adamla da ailə qura bilərəm, sonra sevərəm”, bu hər zaman alına bilmir. Təəssüflər olsun ki, baxın onda qarşılıqsız sevgi yaranır. Bəzən oğlan tərəfi sevir, qız tərəfi isə sevmir. Əlbəttə ki, qız ailəsinə “yox” deyə bilmir və ailə qurur. Nəticədə, qızda bir soyuqluq yaranır, oğlan ailədə problem yaşayır, xəyanətlər olur. Ona görə də qarşılıqsız sevgi odur ki, “mən qarşı tərəfi sevirəm, amma o məni mənim sevdiyim qədər sevmir”. Ola bilər ki, hərə özünəməxsus sevsin”.

Vüsalə Əmiraslanova vurğulayıb ki, insanlar sevməyi öyrənməlidirlər, sevmək özü bir mədəniyyətdir: “Sevən zaman isə qarşılıq gözləmədən sevməliyik. Lakin sırf ailəyə aiddirsə, qarşılıqsız sevgi olanda orada problemlər, uyğunsuzluqlar yaranır. Ona görə də çalışmaq lazımdır ki, ailə qurana qədər yaxşı bir cütlük yaransın. Bu uzun müddət çəkməlidir, yəni miflər var ki, “tez olsun, xeyir işi uzatmazlar”. Bu isə uzun bir prosesdir, məncə, cütlüklər ən azı bir il, il yarım ərzində bir-birini tanımalıdırlar, ünsiyyətdə olmalıdırlar. Bir-birinə qarşı simpatiyalar, antipatiyalar yanıb, o etabları keçib sonradan ailə qura bilərlər. Bu zaman artıq sevgi olur, sevgi hörmətə çevrilir və daha dərin münasibət yaranır”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə