Çayçılıqla bağlı daha bir kitab nəşr olunub

2021-ci ilin son günlərində AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmlər doktoru, professor Fərman Quliyev, fəlsəfə doktorları Xalıqverdi Babayev və Natiq Mirzəyevin həmmüəllifliyi ilə “Çay bitkisinin qidalanması və məhsuldarlığı” mövzusunda monoqrafiyasıı işıq üzü görüb. 348 səhifəlik kitabda mineral və üzvi gübrələr haqqında ümumi məlumat, xüsusilə çay plantasiyalarında tətbiq olunan mineral, üzvi gübrələrin vegetasiya müddə-tində dəyişkən və ya birlikdə verilməsinin bitkiyə təsiri, səmərəliliyinin yüksəlt-mək yolları, dozalarının optimallaşdırılması metodları, gübrələrin tərkibindəki qida maddələrinə görə onların şərti vahidlərlə və fiziki çəkiyə görə hesablanması və s. həlli vacib məsələlərə həsr edilib.

Çayçılıq haqqında Dövlət Proqramında nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsinə töhfə olan monoqrafiyada, həmçinin ərzaq təhlükəsizliyinin təmi-natında və çayçılığın inkişafında sahibkarlığın rolu, yaşıl çay istehsalında maya dəyərinin aşağı salınması və çayçılıqda iqtisadi səmərəliliyin yüksəldilməsi yol-ları göstərilib, çay plantasiyalarında suvarma rejiminin müəyyən edilməsi, mik-roiqlim şəraiti, çay bitkisinin fizioloji və məhsuldarlıq göstəricilərinə dair mate-riallar öz əksini tapıb.

Kitabın elmi redaktoru AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyevdir.

Ali təhsil müəssisələrinin “Aqronomluq”, “Torpaqşünaslıq”,“Aqrokimya” və digər ixtisaslarında təhsil alan tələbələr, magistrantlar, doktorantlar, həmçinin, müvafiq sahələr üzrə mütəxəssislərin istifadə edə biləcəyi kitab “Ecoprint” nəşriyyatında nəşr edilib.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...