Pedofiliya nədir - XƏSTƏLİK, YOXSA CİNAYƏT? - PSİXOLOQ AÇIQLADI

“Pedofiliya bir insanın psixoloji pozuntusunun göstəricisidir. Pedofiliya cinayət deyil, amma onların ortaya gətirib çıxardığı nəticə bir cinayət göstəricisidir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında psixoloq Elnarə Ceray deyib.

O, qeyd edib ki, bu cür insanlar azyaşlı uşaqlara təcavüz etməyin hər zaman marağında olurlar. “Onlar sərxoş olarkən və ya düşünmədən bu cür hərəkətləri edirlər. Özləri azyaşlı olarkən onlara bu cür təcavüzlər olub ki, bu da ondan qalan bir travmadır. Bu insanlar daha çox məktəbə gedən uşaqlara təcavüz edirlər. Belə uşaqları hər zaman nəzarətdə saxlamaq lazımdır ki, bu da valideynlərin üzərinə düşür. Uşaqlar məktəbdən evə gələndə fikir vermək lazımdır ki, onlar məktəbdən hansı hislərlə gəlirlər, hansı psixoloji durumda olurlar. Susqun olurlarmı? Yenidən məktəbə və ya bağçaya getmək istəyirlərmi? Sizinlə nəyisə bölüşürlərmi? Sizlə danışarkən gözlərini qaçırırlarmı? Bu cür olan halda artıq valideyn şübhələnməlidir ki, demək, mənim yeniyetmə övladımda nəsə yerində deyil. Bəzən ananın, atanın işə başı o qədər qarışar ki, qonşunun belə yanına qoyub gedə bilər. Həmin hallar qonşuda da baş verə bilər.

Fikir vermək lazımdır ki, uşaq getdiyi yerə bir daha getmək istəyirmi və yaxud həmin yerdən kimsə qonaq gələndə onlarla münasibəti necədir? Uşaq qaçaraq susqun şəkildə öz otağına çəkilirmi? Özünə qapalıdırmı? Bunların hamısı bir göstəricidir. Belə olan halda artıq bilməlisiniz ki, azyaşlı uşağa təcavüz edilir. Pedofiliyanın qurbanı olan uşaqlar gələcəkdə də ailə seçimində çətinlik çəkirlər, kimsəyə güvənmirlər, özlərinə inamsız, kompleksli olurlar, hər kəsdə bu durumu yaşayacaqlar deyə düşünürlər. Hətta belələri dünyaya övlad gətirmək istəmir ki, birdən mənim yaşadığımı qarşı tərəf də mənim uşağıma qarşı sərgiləyə bilər. Ona görə də mütləq şəkildə uşaq böyüdən valideynlər diqqətli olmalıdırlar, daim onları nəzarətdə saxlamalıdırlar. Gündəlik həyat tərzləri ilə maraqlanmalıdırlar, kimlə oturub-dururlar, kimin evinə gedirlər. Bunlar başlıca şərtdir ki, uşaqlar pedofiliya qurbanı olmasınlar”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...