Sərnişinlər hər səhər avtobuslara minməkdə çətinlik çəkir - PROBLEM NƏDƏDİR? - QURUM RƏSMİSİ AYDINLIQ GƏTİRDİ

Son günlər paytaxtın Bayıl 20-ci sahə deyilən ərazisində xeyli sayda sərnişin hər səhər avtobuslara minməkdə çətinlik çəkir. Çünki yükləmə aparatlarının heç biri nə qəpik, nə də kağız pul götürmür. Belə mənzərələri çox tez-tez görmək olur. SİA olaraq məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etdik.

Qurumun mətbuat katibi Mais Ağayev saytımıza açıqlamasında məsələyə bu cür aydınlıq gətirib: "Sərnişinlərin "Bakı Kart"ın balansını rahat şəkildə artıra bilməsi üçün artıq dayanacaqdankənar ödəmə imkanları mövcuddur. Buna misal olaraq mən online.bakıkart.az portalını göstərə bilərəm. Bununla yanaşı, artıq bütün MilliÖn ödəmə terminallarında da "Bakı Kart" ödənişləri qəbul olunur. Konkret olaraq isə Bayıl 20-ci sahə deyilən ərazidə terminalların ödəniş qəbul etməməsi lokal xarakterli texniki məsələdir. Pul yüklənir və terminalın içindəki kassa dolur və onu sonradan gəlib boşaldırlar. Ona görə də terminallarda bu hallar yaşanır. Bu cür məsələlər qısa vaxtda aradan qaldırılır".

Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə