Şəhidin adına inşa edilmiş xatirə bulağının açılış mərasimi - FOTOLAR

Abşeron rayonu, Saray qəsəbəsində şəhid Azər Vəfadar oğlu Salmanovun adına inşa edilmiş xatirə bulağının təntənəli açılışı olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, tədbirin rəsmi açılışını AVMVİB-nin sədrinin səlahiyyətli nümayəndəsi polkovnik Elmar Hüseynov elan edib. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni ifa edilib.

Gənc şair Elvin Əlizadə tədbirdə aparıcılıq edib. Salmanovlar ailəsinin ağsaqqalı Arif Salmanov tərəfindən xatirə bulağının ağ örtüyünü açılıb. O, Azərin keçdiyi qısa, amma cəsur və qəhrəmanlıqla dolu döyüş yolu haqqında məlumat verib. Xatirə bulağının şəhidin doğma əmisi oğlu Tural Salmanovun şəxsi vəsati hesabına tikildiyi bildirilib.

Tədbirdə Abşeron rayonunun icra başçısı İradə Gülməmmədova, veteran-qazi Vidadi Ağagülov, şəhidin atası Vəfadar kişi, İTV-nin aparıcısı Jalə Həsənli, xeyriyyəçi iş adamı Kamil Zeynallı, Şəhid İzzətin anası Vəfa xanım, Hacı Ramil, Hacı Şamil Həsənli, Hacı Zahir, Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun anası Səmayə xanım, şəhid Qadir Heydərovun atası, qazi Rüfət Həsənov, AVMVİB-nin Sumqayıt şəhəri üzrə sədri Teymuraz Mansurov, qazi-veteran İlham Rüstəmov, veteran Ramazan Qurbanov, Veteran Nazim Əliyev, Tokio olimpiadasında para olimpiadaçıların çempionu Şəhanə, Sumqayıt şəhəri YAP Gənclər şöbəsinin sədri çıxış ediblər. 2 saylı orta məktəbin müəllimi Zenfira xanım və şagirdləri yadda qalan şeirlər, məzmunlu çıxışlar ediblər.

Tədbirdə gözəl dini və vətənpərvər mahnıları ilə yadda qalan Günel Məhərrəmli, Nəfəs xanım, Vəfa xanım, Elşən Xəzər, Talıb Taleh, Balabəy, Yaşar Qafanlı, Seyid Taleh Boradigahlı, Tərlan Novxanılı, Elvin Nasir, Şöhrət, Nüşabə Musayeva, Pünhan çıxış ediblər.

Tədbirdə AVMVİB-nin Qubadlı şöbəsinin sədri Təyyar Eminov, Sumqayıt şöbəsinin sədri Teymuraz Mansurov, müavini Zəki Rəhimov Nəsimi şöbəsinin sədri Elmar Hüseynov, veteranlar Asəf Fərzəliyev, Vidadi Ağagülov, İlham Rüstəmov, Elşad Qafarov Əvəz Abdullayev, Əbülfət Kərimov, Hacı Surxay və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Salmanovlar ailəsi adından Tofiq Salmanov çıxış edərək tədbir iştirakşılarına öz təşəkkürünü bildirib. Mərasim evində şəhidin adına ehsan süfrəsi təşkil olunub.

Kəmalə Təyyarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə