"İnsanları intim münasibətlər məsələsində çox sıxışdırırıq" - YAZIÇI-KULTUROLOQ AÇIQLADI

“Əslində insanların bir-birinə sevgi, nəvaziş göstərməsi, qucaqlaşması, hətta öpüşməsi nə qədər bizim mental dəyərlərə, İslami qayda-qanunlara zidd olsa da, son dövrlər xüsusən də XX əsrin ortalarından üzü bu yana yəni, Azərbaycan cəmiyyəti və Bakı multkultral bir dəyərlər qazanandan sonra hər zaman olmuşdur və müxtəlif vaxtlarda bununla bağlı ictimai qınaqlar, ictimai tənqidlər, hətta hədə-qorxular, müəyyən mənada polis qadağaları olsa da istənilən halda bunlar keçərli olmadı və insanlar yenə də müəyyən yerlərdə, ictimai nəqliyyatda xüsusən də keçmişdə kinoteatrlarda və digər qapalı məkanlarda intim və səmimi görüşlərini davam etdirirdilər”. Bu sözləri SİA-ya açıqlamasında analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, məsələnin kökündə tamam başqa problem durur: “Biz, Azərbaycan cəmiyyəti və ümumiyyətlə ölkə olaraq sevgililər və yaxud bir-birindən xoşu gələn insanlar üçün niyə şərait və imkanlar yaratmamışıq ki, onlar da ictimai nəqliyyatda, parklarda və digər cəmiyyətin sıx ünsiyyətdə olduğu yerlərdə öz münasibətlərini nümayiş etdirirlər?! Mənim yadıma gəlir ki, kanalların birində 15 il bundan qabaq Milli parkın genişləndirilməsi planında ayrı-ayrı sektorlara ayrılması təklifini etmişdim. Yəni, əgər qocalar, yaşlı nəsil və ya ailəli insanlar cavan cütlüklərin öpüşdüyünü, qucaqlaşdığını, səmimi görüşdüyünü görmək istəmirlərsə, onlar üçün ayrıca bir sektor ayırmaq lazımdır. Gənclər, sevgililər üçün ayrıca bir sektor və yaşlı insanlar üçün də ayrıca bir yer, bölüm ayırmaq lazımdır ki, hər kəs rahatca özünü orada heç bir ictimai qınaq və digərlərinin müdaxiləsi olmadan rahatca görüşə, gəzişə və yaxud bir - birinə nəvaziş göstərə bilsinlər”.

“Düzdür o vaxtı çox adamlar buna etiraz etdilər. Amma bilirsiniz ki, Bakıda, yanılmıramsa, Nobel prospektinə yaxın bir yerdə (Nəsimi rayonu ərazisinə ya Nərimanov rayonu ərazisinə düşür) “Sevgililər park”ı var. Lakin, parkın ətrafı açıqdır. Spesifik yerdir və şəhərin mərkəzində yerləşir. Çox adam ora gəlmək istəmir, çünki, hər iki tərəfdən nəqliyyat gedir. Amma Milli parkda və digər piknik yerlərində bu dediyimiz təklif yerinə yetirilsə, belə problemlər ortaya çıxmaz”.

Aydınxan Əbilov sözlərinə belə davam edib: “Sovet dövründə də elə idi, kinoteatrların gur işlədiyi vaxtlarda sevgililər özləri üçün başqa bir yer tapmayanda məhz gəlirdilər kinoteatrlara bilet alıb, arxa cərgələrdə oturardılar və orada sizin dediyiniz kimi bir - birinə sarmaşardılar. Eyni zamanda, burada öpüşüb görüşərdilər. Burada həm nişanlılar, həm də sevgililər olurdu. İctimai məişət münasibətlərində olan şəxslər də bu metoddan istifadə edərdilər. Kinoteatrlar dağılandan sonra bu metodu masajxanalara, hətta bir çox kiçik kabinetləri olan məkanlara köçürdülər. İndinin özündə Bakı və Bakı ətrafı 20 manatdan tutmuş evlərini görüş otağı kimi istifadə edənlər var ki, yenə də ucuz qiymətə görüş yerləri kimi insanlara xidmətlər təklif edirlər. Əslində biz istəsək də, istəməsək də yenə də əvvəlki bir problem ortaya çıxır. İnsanların intim görüşləri üçün biz məkanlar düzəltmişikmi? Moskva, Sankt - Peterburq, Gürcüstan, İstanbul və digər şəhərlərə baxanda yaşıllıq indi İstanbulda biraz azdır, amma Moskva və MDB ölkələrinin çoxunda yaşıllıqlar, meşələr, süni meşələr, süni parklar görəcəksiniz ki, orada çoxlu yaşıllıq yerləri və orda hətta wifi-siz məkanlar var ki, buralar kameralar olmayan yerlərdir. İndi isə bizim şəhərimizə fikir verək, düzdür, dünya səviyyəli parklar və bağlar salınıb, amma onların çoxu mərmər və balaca kollardan ibarətdir. Orada insanlar gizli bir yer tapıb, bir oturacaqda görüşüb, oturub hər hansı bir söhbət və yaxud bir-birinə nəvaziş göstərə bilmirlər. Parklarımızın böyük əksəriyyətində həm kameralar, həm gözətçilər var, həm də polislər tez-tez gəlib gedirlər. İndi düzdür, polislər öpən, görüşən şəxslərə daha əvvəlki kimi xox gələ bilmirlər. Əvvəl bilirsiniz ki, hətta rüşvət də alınırdı. İndi o hallar yoxdur. Bu qədər nəzarət ona gətirib çıxarır ki, bizim gənclərimizin böyük əksəriyyəti bir-birilə uyuşmadan, görüşmədən, öpüşmədən, bir-birinin xasiyyətini psixoloji və intim xüsusiyyətlərini nəzərə almadan ata-ana tərəfindən evləndirilir və bir aydan sonra boşanma olur. Artıq hər üç ailədən ikisi boşanma ilə nəticələnir. Üstəlik də pandemiyanın problemləri, psixoloji gərginlik, sosiallaşmamaq, sosial şəbəkələrə daxil olmaq və müxtəlif yeni texnologiyalardan istifadə edib evin içindən çıxmadan dünya ilə virtual təmas qurmaq bizim gənclərimizin axırına çıxıb. Gənclər arasında qısır, impotent, müxtəlif gey və lezbiyan olan şəxslərin sayının get-gedə artmasının əsas səbəbi də odur ki, biz insanları intim cəhətdən, intim münasibətlər məsələsində çox sıxışdırırıq. Bakıda elə bir yer göstərin ki, orada gənclər rahatca öpüşə, görüşə, rahatca bir-biri ilə qucaqlaşa bilsinlər ki, gələcək ailənin təması qoyulsun və bu olmadığına görə Bakıda kütləvi şəkildə pandemiya şəraitinin özündə belə müxtəlif masajxana, görüş, hamam, otelciklər şəklində qeyri-rəsmi fahişəxanalar və əyləncə evləri artıq fəaliyyət göstərir. Vaxtilə biz deyəndə ki, gəlin bunları rəsmiləşdirək, gəlin bunlara dövlət nəzarətini gücləndirək, bizi tənqid edirdilər. Amma indi faktlar göstərir ki, məhz bu qapalı, heç bir dövlət və həkim nəzarəti olmayan masajxanalar restoranlar, kinoteatrlar adı altında qeyri rəsmi əyləncəxana yaradanlar millətin axırına çıxıblar və cəmiyyətdə istər pandemiyanın, istərsə də digər dəri zöhrəvi xəstəliklərin yayılmasında bu obyektlərin böyük rolu var”.

Kulturoloq əlavə edib ki, kiçik bir məsələdə insanları sıxışdırmaqla nə qədər problemlər yaratmış oluruq, üstəlik digər bir məsələ də gənclərimizin asudə vaxtlarını səmərəli keçirməsi üçün bizim nə qədər imkanlarımızın olmasıdır: "Kinoteatrlar bağlıdır və yaxud digər əyləncə yerlərinə gedənləri də tənqid edirik və bunun nəticəsi olaraq gənclər tamam yeni bir virtual bir inqilaba başlayıblar, gənclər öz sevmək, sevişmək, öpüşmək, görüşməklə dinc bir inqilaba abşlayıblar. Əslində bütün dünyada bu proses gedirdi. Bizdə də son vaxtlar yavaş - yavaş gedir. Yaxşı olar ki, bu özünü seksual inqilaba çevirməsin. Yəni, yeni bir mərhələyə keçməsin. Biz nə qədər bu insanlara, yəni gəncliyə, və yaxud sevənlərə şərait yaratsaq, bir o qədər də bizdə bu problem kəskinləşməz. Ona görə də gənclər üçün xüsusi yerlər, məkanlar və şərait yaratmaq lazımdır ki, bu problem daha da kəskinləşməsin”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə