Xəzər TV Murad Dadaşovun işdən çıxması ilə bağlı məsələyə aydınlıq gətirdi EKSKLÜZİV

"Ötən gündən etibarən bəzi saytlarda "Xəzər TV" nin Baş direktorunun işdən ayrılması ilə bağlı yanlış məlumatlar yayımlanıb. Biz bir daha qeyd etmək istəyirik ki, bu məlumat dezinformasiyadır".

Bu barədə SİA-ya "Xəzər TV" dən məlumat verilib.

Məlumatda bildirilib ki, ötən gün Murad Dadaşov "Xəzər TV" nin birinci studiyasının qonağı olub və Şuşada keçirilən "Xarıbülbül" festivalı ilə bağlı təsüratlarını bölüşüb.

Baş direktor həmçinin özünün sosial media kanallarında "Xəzər TV" nin yeni layihələri ilə əlaqədar məlumatlar verib. Bir daha qeyd edirik ki, bu xəbər həqiqəti əks etdirmir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə