Bakıda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir

Hazırda Bakının Heydər Əliyev prospektinin hava limanı istiqamətində (“Koroğlu” metrostansiyasının qarşısında) və kənar yolunun şəhər istiqamətində, eləcə də Rəşid Behbudov və Abbasqulu Ağa Bakıxanov küçələrinin kəsişməsində aparılan təmir işləri səbəbindən nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

SİA bu barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.

Məlumata görə, daha çox sıxlıq “Böyük Şor” qovşağının üstündə və R.Behbudov küçəsində müşahidə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...