Göz altı kölgələri dodaq boyası ilə yox edin! - TÖVSİYYƏ

Qadınlar bəzən nə qədər çalışsalar da, yorğunluqdan yaranan gözaltı ləkələri yox etmək mümkün olmur. Ən az 15 dəq sərf etmək lazımdır ki, müxtəlif fırçalarla və makyaj vasitələri ilə bu ləkələri təmizləmək olsun. SİA-nın məlumatına görə, üstəlik sağlam olsanız da, yuxu problemindən üzünüzdə də belə problemlər yaranır. Amma bu ləkələrdən qurtulmaq üçün qat-qat makyaj etməyinizə ehtiyac yoxdur.

Hindistanda yaşayan Vloqer Depica Mutyala, "Youtub"da paylaşdığı video ilə turuncu qırmızı bir dodaq boyası ilə gözaltı ləkələri yox edir.

Qulağa inandırıcı gəlməsə də, rəng şkalasına baxdıqda mümkündür. Qırmızı, rəng şkalasında tam da gözaltı ləkələrə səbəb olan mavi rəngin qarşısında dayanır. Bu iki rəng bir-birini neytrallaşdırır. Bunun üçün narçiçəyi rəngli dodaq boyasını fırça ilə gözaltına və biraz da üstünə çəkirsiniz. Bunu üzünüzdəki yara izlərinə və digər ləkələrə də çəkə bilərsiniz. Daha sonra isə tonal kremdən istifadə edirsiniz.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə