Avropadan daha 18 azərbaycanlı deportasiya olunub

Belçika və Niderland krallıqlarında qanunsuz yaşayan müxtəlif millətdən miqrantlar növbəti dəfə deport olunub.

SİA-nın məlumatına görə, bunlardan 18-i azərbaycanlıdır.

Azərbaycanlılardan 11-i Belçikadan, 7-si isə Niderlanddan deportasiya edilib. Deporta səbəb qeyd olunan ölkələrdə saxta məlumat və sənəd əsasında yaşama olub. Yerli orqanlar tərəfindən bu, aşkar edilib və deportasiya qərarı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...