Bakıda Heydər Əliyev prospekti-Hava limanı yolunda qəza baş verib.
Bu barədə SİA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumata görə, yol qəzası Əmircan-Bülbülə döngəsi adlanan yerdə şəhər mərkəzi istiqamətində olub: "Nəticədə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. Bunu nəzərə alaraq bir daha sürücüləri bu cür hava şəraitində sürət həddinə əməl etməyə, meteoroloji amilləri mütləq qaydada nəzərə almağa çağırırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB