Aeroport yolunda tıxac yarandı Bakıda yol qəzası (FOTO)

23 Dekabr 2020 09:52 (UTC+04:00)

Bakıda Heydər Əliyev prospekti-Hava limanı yolunda qəza baş verib.

Bu barədə SİA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, yol qəzası Əmircan-Bülbülə döngəsi adlanan yerdə şəhər mərkəzi istiqamətində olub: "Nəticədə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. Bunu nəzərə alaraq bir daha sürücüləri bu cür hava şəraitində sürət həddinə əməl etməyə, meteoroloji amilləri mütləq qaydada nəzərə almağa çağırırıq".