“Xalqının tarixi liderinə çevrilən Prezident” Misir qəzetində məqalə

Misirin “Əlməsr əl Youm” qəzetində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev haqqında “Xalqının tarixi liderinə çevrilən Prezident” sərlövhəli məqalə dərc edilib. SİA xəbər verir ki, məqalənin müəllifi Xalid əs-Şəmi 44 günlük Vətən müharibəsində Müzəffər Ordunun qələbəsini təmin edən, böyük siyasi liderlik və hərbi sərkərdəlik məharəti nümayiş etdirən, xalqının və Azərbaycanın dostlarının rəğbətini daha da çox qazanan Prezident İlham Əliyevin atası, görkəmli siyasi xadim Heydər Əliyevin davamçısı kimi, Azərbaycan tarixində güclü lider olaraq qalacağını yazıb. “30 ilə yaxın Ermənistanın işğalı altında olan böyük ərazilər, tarixi şəhərlər, Şuşa kimi mədəniyyət incisi məhz İlham Əliyevin bu yüksək keyfiyyətləri nəticəsində azad edildi, bu torpaqlarda yenidən Azərbaycan bayrağı dalğalandı. Sentyabrın 27-dən başlayan və rəşadətli Ordunun tam qələbəsi ilə noyabrın 10-da başa çatan döyüşlər Ermənistanı təslim olmağa məcbur etdi”, - deyə müəllif vurğulayıb.

Məqalədə qeyd olunub ki, Azərbaycan xalqı dekabrın 1-də öz liderindən daha bir müjdə alıb. Otuz ilə yaxın düşmən tapdağı altında qalan və 1800 kvadratkilometr ərazisi, zəngin təbii sərvətləri olan Laçın rayonu da azad edilib. Sərkərdəlik fəaliyyətini diplomatik məharətlə birgə həyata keçirən Prezident İlham Əliyev özünün də vurğuladığı kimi, bir güllə belə atılmadan Ağdam, Kəlbəcər və Laçını işğaldan azad edib. Azərbaycan Prezidenti bildirib ki, bundan sonra həmin ərazilərdə bərpa və quruculuq işləri aparılacaq, insanlar uzun illər öncə tərk etdiyi doğma evlərinə qayıdacaq.

Oqtay Bayramov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...