"Mən bir gənc kimi bütün ictimai-siyasi fəaliyyətimi Qarabağa həsr etməyə hazıram" - MÖVQE

"Bu gün Ağdam azaddır. Bu gün biz qayıdırıq. Biz Ağdamı dirçəldəcəyik. Bu sözlərin eynisini Cənab Prezident Şuşa haqqında demişdir. Cənab Ali Baş Komandanın səsləndirdiyi hər sözü, hər ifadəni, hər kəlməni ayrı-ayrılıqda tezis kimi qəbul etmək olar. Hesab edirəm ki, eyni sözləri Ağdama da şamil edə bilərik. Bütün ağdamlıların dilində və ürəyində bir dua, bir minnətdarlıq var. Hər kəs Cənab Ali Baş Komandana minnətdardır.Onun müdrik siyasəti nəticəsində bir güllə belə atmadan, bir şəhid vermədən Ağdamı işğaldan azad etdik. Biz öz torpaqlarımıza qayıtmışıq və bir daha öz torpaqlarımızdan çıxmayacağıq. Qəhrəmanlıq hekayələri, dastanlar yazımışıq. Bugünkü siyasi qələbələrimizdə vətən uğrunda canını verən şəhidlərimizin rolu danılmazdır. Onların qarşısında baş əyirəm". Bu fikirləri "Səs" qəzetinə acıqlamasında Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məslətəhətçisi Ənvər Haqverdiyev deyib.

"Ağdama Qarabağın "toy otağı", bərli-bəzəkli evi deyirlər", deyən Ə.Haqverdiyev bidirib ki, Ağdam mərd oğullar məskəni, abırlı-ismətli qızların vətənidir: "Təsadüfi deyil ki, Ağdam Birinci Qarabağ müharibəsində ən çox şəhid vermiş şəhərimizdir. Ağdam Allahverdi Bağırovlar, Fred Asiflər kimi milli qəhrəmanların torpağıdır. Xocalıya qucaq açan, Şuşanı bağrına basan, Xocavəndə pənah duran qəhrəman şəhərdir Ağdam. Ağdam Şuşanın arxa cəbhəsidir. Tarixçilər yaxşı bilir ki, əcdadlarımızın əcdadı Pənahəli xan Şuşa qalasından sonra Ağdamda Şahbulaq qalasını tikdirir. Ağdam Xankəndiyə və Şuşaya qarabağlılar demişkən həmkövşəndir. Ağır pirlər, ocaqlar, ağalar şəhəridir, Ağdam gözəl ürəkli adamlar şəhəridir. Bir şeirin mirsalarında deyildiyi kimi "Ağam şəhərim, adam şəhərim, Ağdam şəhərim". Ağdam özündə gözəl evlər və şəhərsalma nümunələrini əks etdirirdi. Bu şəhərin evləri dünyada marağa səbəb olurdu. Əsası 19-cu əsrdə qoyulan Ağdam Cümə məscidi isə memarlıq abidəsdir. İşğaldan azad olunduqdan sonra Ağdamı heç ağdamlıların özləri də tanıya bilməmişlər. Həmişə eşidərdim, deyərlər ki, ermənilər ağdamlılardan qorxublar, onlara, onların qocaqlıqlarına həsəd aparıblar".

Ə.Haqverdiyev onu da vurgulayıb ki, iİndi işğaldan sonra görüntüləri görəndə anladım ki, sanki erməni terrorçuları Ağdamdan qisas alıblar. Daşın üstündə daş qoymayan düşmən beynəlxalq jurnalistlərin də adlandırdığı kimi Ağdamı “ruhlar şəhərinə” çeviriblər: "Dağıdılmış ərazilərdə monitorinqlər aparılması üçün yerli və beynəlxalq ekspertlər dəvət olunacaq, dağıntıların miqyası hesablanacaqdır. Daha sonra biz Ağdamı adına layiq yenidən tikəcəyik, həm də ən müasir şəhər üslubunda. Cənab Prezidentin planları çoxdur. Biz öz torpaqlarımızı yenidən qurub yaradacağıq.Mən Suraxanıda doğulmuşam. Bütün uşaqlığım, gəncliyim, həyatımdır Suraxanı! Lakin bilənlər bilir ki, əsilim, nəsilim Qarabağlıdır, Şuşalıyam, Ağdamlıyam, Azərbaycanlıyam! Tale elə gətirdi ki, biz illərdir görmədiyimiz torpaqlarımızı indi görürük. Atamın kəndini gördük. Atam xaraktercə çox möhkəm və hazırlıqlı adamdır. Amma gözləri doldu. Axı Ağdam da onun həyatı və bizlərə mirasıdır. İndi bircə təəssüfümüz var ki, nənəmizi öz torpağına tapşıra bilmədik. Onu illərdir bizlərə qucaq açan Suraxanı torpağına əmanət edib gedirik. Lap elə bu dəqiqə desələr olar, gedərik. Atam artıq planlar da qurub. Bizlər Qarabağın bundan sonrakı inkişafına öz töhfələrimizi verməliyik. Gənclər, Qarabağ əsilli gənclər, Azərbaycanlı gənclər cənab Prezidentin ümidlərini doğrultmalı, öz tarixi torpaqlarımızın inkişafı naminə çalışmalıdırlar. Bugünə qədər Suraxanı rayonunda vətənimə və doğma Yeni Azərbaycan Partiyasına ləyaqətlə xidmət etməyə çalışmışam. Mən bir gənc kimi bundan sonrakı bütün ictimai-siyasi, humanitar fəaliyyətimi Ağdama, Şuşaya, Xankəndinə və bütün Qarabağa həsr etməyə hazıram.Yaxşı bir söz var deyərlər ki, mən yanmasam, sən yanmasan, qaranlıqlar çıxmaz aydınlığa. Cənab Prezident, Ali Baş Komandan torpaqlarımızı müzəffər ordumuzla birgə azad edib, indi isə növbə bizlərindir".

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə