Yay şumunun vurulmasında Təzə Alvadı kəndi ərazisi də öndədir


Masallı rayonundakı Təzə Alvadı kəndi ərazisinin mexanizatorları da cari ilin payızlıq əkini üçün yay şumunu uğurla davam etdirirlər. Ərazidə indiyə kimi 485 hektar sahədə yay şumu vurulub. Kənd mexanizatorları daha 387 hektar sahənin şumunu vurmaq üçün çalışırlar.

Qeyd edək ki,Təzə Alvadı kəndi ərazisində gələn ilin bol məhsulu üçün 872 hektar sahədə şum işi aparılması proqnozlaşdırılmışdır.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...