Dağlıq Qarabağ və ətraf rayonlarda ermənilər tərəfindən meşələrin məhv edilməsi
Həkəri və Bərgüşad çayları sahillərində vaxtı ilə salınmış göylərə boy verən çinar, qoz, tut, ərik, albalı, tənək ağaclarından əsər-əlamət görünmür. Onların əvəzinə kəndləri şaytan ağacı, ilqınlıq, cılız söyüd ağacları və qamışlar basib ki, bu da sahib-sizlikdən, xarabazarlıqdan, vahiməli bir aləmdən xəbər verir. Avropa Şurası Parlament Assambleyasının 29 yanvar 2004-cü il tarixli iclasında Azərbaycanın nümayəndəsi Rafael Hüseynov çıxış edərkən öz məruzəsində belə bir faktı qeyd etmişdi ki, 1995-ci ildən Amerika milyarderi Ohonesyan ərazisi 25 min km2 olan Laçın meşələrini icarəyə götürmüşdür. İcarəyə götü-rülmüş həmin sahələr qırılaraq mebel hazırlamaq üçün Ameri-kaya daşınır. Bu sənədi bir çox ölkələrin deputatları və siya-sətçiləri də təsdiqləyərək imzalamışlar. Bundan əlavə, sənəddə göstərilirdi ki, Dağlıq Qarabağın 250 min hektar meşə sahəsi nüvə tullantıları ilə çirkləndirilmişdir.
Laçın rayonunun Bozlu, Kamallı, Çıraqlı və s. kəndləri, eləcə də Zəngilan-Qubadlı meşələri yandırılaraq məhv edilmişdir. 1996-cı ildə “Daşbaşı” və “Leşkar” meşələrində ermənilər tərə-findən yanğınlar törədilmiş və həmin ilin payızında “Leşkar” meşə sahəsindəki yararlı ağaclar tamamilə qırılıb aparılmışdır. Qeyd edilməlidir ki, “Leşkar” meşə sahəsində 1957-1958-ci illərdə 55 ha ərazidə qoz meşəsi salınmışdı və həmin 40-50 illik qoz ağacları ermənilər tərəfindən məhv edilməkdədir. 1996-1997-ci illərdə ermənilər Top və Şükürataz meşələrinə traktor-larla yol çəkmişlər. Bu zaman həmin meşə sahələrində olan 350-400 il yaşlı palıd ağacları kəsilərək Ermənistana daşınmışdır. Bunu 2002-ci ilin 11-12 sentyabr tarixində Tbilisidə “Qafqaz ekoregionunda meşələrin qorunması və davamlı istifadə olun-ması” mövzusunda keçirilən konfransda Ermənistanın Təbiəti Mühafizə Nazirliyinin rəsmisi öz çıxışında xidməti və sanitar qırmalarının ümumi həcminin 70 min m3 olduğunu və xidməti qırmalar zamanı istehsal olunan 14-15 min m3 içlik materialın Yunanıstana və İrana ixrac edildiyini söyləməsi faktı bir daha sübut edir. Ermənistan ərazisində göstərilən həcmdə ağac mate-rialı istehsal etmək imkanının olmaması bunun yalnız işğalda olan Azərbaycanın meşələri hesabına baş verməsini təsdiqləyir.
Hazırkı dövrdə Qazax meşəbəyiliyinin ermənilərlə sərhəddə olan 849 hektar meşə sahələri Ermənistan əhalisi tərəfindən kəsilib aparılır. Qazax Meşə Mühafızəsi və Bərpası Müəssisə-sinin Ceyrançöl meşəbəyliyinin ərazisinin bir hissəsi (200 hek-tar) Ermənistandan gələn su kanalı ilə suvarılırdı. Həmin meşə-lər 1951-1953-cü illərdə salınan və tarlaqoruyucu funksiyaları yerinə yetirən zolaqdan ibarətdir Lakin 1991-ci ildən bu günə qədər həmin su kanalı ermənilər tərəfındən kəsildiyinə görə meşə sahələrini suvarmaq mümkün olmamışdır. Nəticədə salın-mış 130 hektara qədər sahədə qiymətli ağac növləri quruyaraq məhv olmuşdur.
Meşələrin mühafizəsi və qorunması onların bioloji və digər xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir və meşə fondun-dan səmərəli istifadə, meşələri məhv olmadaqdan, zədələnmə-dən, zəifləmədən, çirklənmədən və digər təsirlərdən mühafizə sahəsində təşkilati, hüquqi və başqa tədbirlər sistemindən ibarət-dir. Azərbaycan Respublikasının ərazisində meşə münasibət-lərinin tənzimlənməsinin, meşələrdən istifadənin, onların müha-fizəsinin, qorunmasının, bərpasının, ekoloji və ehtiyat poten-sialının yüksəldilməsinin hüquqi əsaslarını müəyyən edən Azər-baycan Respublikasının Meşə Məcəlləsinə əsasən Meşə təsərrü-fatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir. Meşələrin qırılması bir tərəfdən torpağın yuyulmasına və digər tərəfdən aridləşməsinə səbəb olur. Belə sahələr səhralaşmaya şə-rait yaradır. Meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. Meşə-lər yanacaq və tikinti materialı, dərman maddələri və sənaye üçün xammal mənbəyidir. Meşələrin ətraf mühitə havaya, torpağa, suya və heyvanlar aləminə təsiri çox böyükdür. O, mühüm təbii ehtiyatlar kompleksidir. Meşələr xalq təsərrüfatı əhəmiyyətinə görə qruplara ayrılır. Azərbaycanın Meşə qanun-vericiliyinə əsasən meşələr birinci, ikinci və üçüncü qrupa bö-lünür: - Birinci qrup meşələrlə suyu mühafızə edən meşələr, çay və göllərin sahilləri boyu olan qoruyucu meşələr, sıldırım dağ yamaclarındakı meşələr, dövlətqoruyucu meşə zolaqları, nəqliy-yat yolları boyunca uzanan meşə zolaqları, qiymətli meşə mas-sivləri, sanatoriya-gigiyena və sağlamlaşdırıcı əhəmiyyəti olan meşələr (şəhərətrafı meşələr, şəhər və müəssisətrafı yaşıllıqlar, kurort meşələri, su təchizatı zonasının meşələri), qoruqlar, milli və təbii parklar, elmi və tarixi əhəmiyyətli meşələr, meşə-park-lar aid edilir. - İkinci qrup meşələrə əhalisi çox sıx olmayan rayonlardakı meşələr, nəqliyyat yolları şəbəkəsi və sənayesi inkişaf etmiş rayonlardakı məhdud istismar əhəmiyyətli meşə-lər, habelə birinci qrupa daxil olmayan meşələr daxildir. – Üçüncü qrup meşələrə intensiv istismar edilən meşələr aid edi-lir. Bu qrupa daxil olan meşələrin 46%-i istifadədir, qalanı isə ehtiyatda saxlanılır. Onlar təbii mühitin bir hissəsi kimi, bir sıra aşağıdakı ekoloji və iqtisadi funksiyaları yerinə yetirir: - atmos-ferin tərkibinin normalaşdırılmasında mühüm rol oynayır; - eko-loji zərərlə tullantıları assimilyasiya edir; - qlobal iqlimi forma-laşdırır; - su dövriyyəsinə böyük təsir göstərir; - torpaqların münbitliyini qoruyur; - sürüşmələrin, eroziyanın qarşısını alır; - bitki və heyvanat aləminin məskunlaşdığı yerlərdir; - rekreasiya və estetik funksiyaları yerinə yetirir; -müəyyən dərəcədə ölkənin ekoloji-iqtisadi təhlükəsizliyini təmin edir; - iqtisadiyyatın bir çox sahələri üçün xammal mənbəyidir. Müasır qiymətləndirmə-yə əsasən meşələrin ilk 8 funksiyasının istifadəsindən gələn gə-lir (ekoloji və iqtisadi gəlir) meşədən istifadə sahəsindəki isteh-sal fəaliyyətindən əldə olunan gəlirdən çoxdur. Bu sahədəki və-ziyyət bazarın - uğursuzluğunun və təbii resursların tam qiymət-ləndirilməməsinin klassik nümunəsidir. Bu öz əksini meşələrin strukturunun, keyfiyyət tərkibinin pisləşməsində, meşələrin məhv olunmasında tapır.
Bundan başqa meşələrin itirilməsi iqlim dəyişiklikləri və at-mosfer transformasiyaları riski, su ehtiyatlarının keyfiyyətinin pisləşməsi, biorəngarəngliyin itirilməsi və s. kimi insanın həyat fəaliyyətinə və deməli, indiki və gələcək cəmiyyətin sağlamlığı üçün mənfi təsir göstərir. Meşələr bir növ rütubət toplayıcısı ro-lunu oynayır və düzənliklərə suyun paylanmasını tənzimləyir, onu nisbətən tarazlaşdırır, dağlıq rayonlarda torpaq sürüşməsi və dağ uçqunlarının qarşısını alır. Eyni zamanda, meşələr fitonsit xüsusiyyətinə malikdir və zərərli mikroorqanizmləri məhv edir. Meşələr bitkiləri, torpağı, su hövzələrini, yolları, yaşayış məntə-qələrini, abidələri təbii amillərin zərərli təsirindən qoruyur, mik-roiqlimi dəyişir, quru, isti, güclü küləklərin təsirini azaldır, dərə, yarğan və hərəkət edən qumları bərkidir, qar örtüyünün bərabər yayılması və tədricən əriməsinə imkan yaradır, buxarlanmanı zəif-lədir, qrunt sularının səviyyəsini endirir. Bütün bunlarla yanaşı, meşələrin təbiətdə ən böyük rolu - hər hektarın il ərzində 10-20 ton karbon qazını udaraq əvəzində oksigen ixrac etməsidir. 1 ha meşə sahəsi 1 saatda 8 kq karbon qazını udur, bu da 1 saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir.
Meşələrin geniş ərazisindən biri də Kiçik Qafqaz sıra dağla-rının yamaclarıdır. Burada meşələr ayrı-ayrı massivlər şəklində əsas dağ qollarının şimal, şimal-şərq və şərq yamaclarını örtür. Bu meşələrin uzun müddətdir Ermənistanın işğalı altında olması Azərbaycana çaxasahəli zərərlər vurmuşdur. Meşə sahələrinin qiymətləndirilməsi aşağıdakı metodologiyaya əsasən aparıl-mışdır: - meşə fondunun istifadəsinə görə icarə ödənişləri; - re-sursların iqtisadi qiymətləndirilməsi; - meşə təsərrüfatından is-tifadə imkanları. Meşə sahələrinə ərazidə yerləşən bitki, binalar, qurğular, yollar və s. daxildir. Qiymətləndirmədə meşə sahələ-rinin çoxfunksionallığı, onların effektivliyi və s. nəzərə alınır. Yekun itkinin həcmi: 210 056 677 azn/il və ya işğal dövrü ərzində itkilərin həcmi 4 621 246 894 azn təşkil edir. Beləliklə də, meşə sahələri üzrə yuxarıda göstərilən əsaslar üzrə dolayı zərərlərin məbləği 7 460 380 686 manat civarındadır. Hərbi münaqişə, qaçqın və məcburi köçkünlərin problemlərinin təbiətə, о cümlədən meşələrə təsiri nəticəsində meşələrin sahəsi həm azalır, həm də anitar və fıtosanitar vəziyyəti pisləşir. Meşələrin su və torpaq qoruyucu funksiyalarının, iqlimin formalaşmasına təsiri nəzərə almaqla, bu potensialın qorunması və səmərəli istifadəsi olduqca vacibdir. Eyni zamanda ölkənin torpaq-iqlim şəraiti yeni meşə zolaqlarının salınması üçün olduqca əlverişli-dir. Belə meşə zolaqlarının salınması yeyinti və ağac emalı sənaye sahələrini xammal ilə təmin etmək üçün əhəmiyyətlidir və yeni iş yerlərinin açılmasına təkan verə bilər. Bu məqsədlə müvafıq layihələrin hazırlanması tələb olunur.
Azərbaycan Respublikası hazırda ərazilərinin erməni işğal altında olması ucbatından bütün bu mənfəətlərdən məhrumdur. Dövlət tərəfindən qorunan dövlət təbiət abidələri Təbiət abidələri xüsusi ekoloji, elmi, mədəni və estetik əhəmiyyəti olan təbiət obyektləridir. Təbiət abidəsi obyektlərinə konkret coğrafi zona üçün səciyyəvi olan nadir landşaftlar və yaxud ayrı-ayrı ünsürlər, yerli ağac qruplarının etalonunu təşkil edən və nadir növ tərkibinə görə seçilən qiymətli meşə sahələri, endemik və ya məhv olmaq təhlükəsinə məruz qalan bitkilərin yayıldığı yer-lər, çoxyaşlı ayrı-ayrı ağaclar, həmçinin geoloji açılışlar, palçıq vulkanları, mağaralar, paleontoloji və paleonəbatat qalıqlarının çöküntüləri, bulaqlar, nadir göllər və digər yerlər aid edilir. Təbiət abidələri yerləşən ərazilərdə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir və onların təbii vəziyyəti qorunub saxlanılır və bunlar, hər hansı fiziki və hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan dövlətinə mənsubdur və özgəninkiləşdirilə bilməz.
Təbiət abidələrinə aid edilən obyektlər və onların yerləşdiyi ərazilər təsərrüfat istismarından çıxarılır və orada təbiət abidə-lərinin təbii vəziyyətini pozan hər hansı fəaliyyət qadağan edilir. Təbiət abidələrindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada elmi, mədəni və tədris məqsədləri üçün istifadə oluna bilər. Tə-bii fəlakət nəticəsində və digər səbəblərdən təbiət abidəsi zə-dələndiyi və ya məhv olduğu halda təbiət abidəsinin yerləşdiyi ərazinin torpaq mülkiyyətçisi, istifadəçisi və icarəçisi Azərbay-can Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi əmrlə bu nazirliyin mütəxəssislərinin, alimlərin və müvafiq yerli icra hakimiyyəti orqanlarının nüma-yəndələrinin iştirakı ilə komissiya yaradır. Komissiyanın üzvləri təbiət abidəsinə baxış keçirərək onun bərpası tədbirlərini hazır-layır, abidə məhv olduqda isə akt tərtib edirlər. Hər iki halda müvafiq sənədlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. Zədələnmiş təbiət abidəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin və alimlərin nəzarəti altında bər-pa olunur. Məhv olmuş respublika əhəmiyyətli təbiət abidəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazir-liyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti, bölgə əhəmiyyətli təbiət abidəsi isə Azərbaycan Res-publikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ləğv olunur. Təbiət abidələri yerləşən ərazilərdə xüsusi mühafi-zənin hüquqi rejiminin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət mə- suliy-yəti daşıyırlar. Qanun pozuntusu nəticəsində təbiət abidələrinə vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsin-də və təbiətin mühafizəsi ilə bağlı digər qanunvericilik akt-larında nəzərdə tutulmuş qaydada ödənilir.
Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 16 mart tarixli 167 №-li Qərarına 2 saylı əlavə ilə Azərbaycanın "Dövlət tərəfindən qorunan dövlət təbiət abidə-lərinin - xüsusilə qiymətli meşə sahələrinin" mühafizə olunaraq artırılması məqsədilə uzun illər geniş tədbirlər həyata keçirilmiş və külli miqdarda maliyyə vəsaiti xərclənmişdir. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində 13197,5 hektar qiymətlimeşəsahələri, 152ədəd təbiət abidəsi və5 ədəd geoloji-paleontolojiobyektvardıki, bunlar daha zırdaağır,misli görünməmiş talanla üz-üzə qalmışdır
Vahid Ömərov f.ü.f.d.dos.
Bütün xəbərlər Facebook səhifəmizdə