Azərbaycançılıq və əxlaqi-etik dəyərlər

Azərbaycan xalqına məxsus əxlaqi və etik normalar azərbaycanlı milli şüurunun tarixən formalaşmış tərkib hissəsindən ibarətdir. Hər bir xalqın əxlaqi və etik normalarında özünə məxsus millilik vardır. Azərbaycan xalqına məxsus əxlaqi-etik normaların milliliyi ailə və cəmiyyətə münasibətdə formalaşmışdır. Azərbaycanlı ailələr üçün səciyyəvi olan əxlaqi və etik keyfiyyətlərin ən başlıcası budur ki, burada ailə başçısının mövqeyi əsas tutulur. Bu mövqe məcburi qəbul edilmir, ictimai psixologiyada ailəviliyə əsaslanır. Eyni zamanda, ailədə hər hansı bir problem ailənin bir başçısı tərəfindən təkbaşına həll edilmir. Ailədə vacib problemlər kişi və qadın tərəfindən məsləhət olunmuş qaydada həll edilir. Kişi və qadm tərəfindən əldə edilən ailə mənfəətində ayrıseçkilik olmur. Ailə üzvləri bir-birini eşidir. Ailə üzvləri arasında mehribançılıq yaranır. Bununla da ailə etikası, ailə tərbiyəsi formalaşır.

Ailədə uşaqlar bu etik normaları qəbul etdikdə ailə tərbiyə baxımından nümunəvi sayılır. Belə ailələrin bünövrəsi sədaqətliliklə və bir-birinə inamla möhkəmlənmiş olur. Ailədə belə münasibət olmadıqda isə normal tərbiyədən söhbət gedə bilməz. Belə ailələrdə fəsadların baş qaldırması istisna deyildir. Nümunəvi ailələr isə cəmiyyətin bütövləşməsində, ictimai birlik və ictimai həmrəylik yaranmasında aparıcı yer tutur.

Mədəniyyət tarixi sahəsində qazanılmış təcrübə sübut edir ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli mənəvi dəyərlər sisteminə malikdir. Bu milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir.

“Mənəvi-əxlaqi dəyərlər” insanı cəmiyyətdə formalaşdıran, inkişafa kömək edən davranış qaydalarıdır. Bu qaydalar dünya sivilizasiyasının təməli qoyulandan yaranmağa başlamışdır. Dəyərlərin formalaşması prosesi nəticədə dünyada hər bir fərdin haqlarını daha dolğun təsdiq edən xysusiyyətlər yaranır. Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olmuşdur ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilmişdir. Azərbaycanın milli dəyərləri orta əsrlərdə formalaşmış və göründüyü kimi, o vaxtdan bəri çox az dəyişmişdir. Azərbaycanlıların çox vaxt türk-islam dəyərləri adlandırılan əxlaq qaydaları toplusunun özəyi orta əsrlərdəki türk hərbi-feodal şərəf kodeksinin təsiri altında formalaşmışdı.

Heydər Əliyev göstərir ki, "Hər xalqın öz mentaliteti, əxlaqi qaydaları vardır. Bizdə nə qədər gözəl əxlaqi qaydalar var. İndi onları nəyəsə başqa şeylərə qurban vermək olmaz. Məsələn, bizim xalqımızda əsrlərdən bəri formalaşmış, gəlmiş adətlər vardır: kiçiyin böyüyə hörməti, böyüyün kiçiyə qayğısı, övladın valideynlərinə hədsiz hörməti, valideynlərin öz övladlarına olan qayğısı və məhəbbəti. Bu, bizim xalqımızın mentalitetidir və biz bununla fəxr etməliyik".

Azərbaycanlı ailələrində qonaqpərvərlik də ictimai psixologiyada özünə möhkəm yer tapmış etiketlərdəndir. Təsadüfi deyildir ki, qapını döyüb "Allah qonağıyam", - deyənə "Allaha da qurban olum, qonağına da", - demişlər.

M.Yusifov yazır ki, ümumiyyətlə, Azərbaycan cəmiyyəti üçün əsas olan keyfiyyətlər ictimai psixologiyada formalaşaraq ailədən cəmiyyətə, cəmiyyətdən də ailəyə keçərək möhkəmlənir. Azərbaycan cəmiyyətində formalaşan və nəsildən-nəslə keçib ənənə şəklini alan əxlaqi-etik normalar, başlıca olaraq, aşağıdakı kimi ümumiləşdirilə bilər:

1) qonaqpərvərlik, əliaçıqlıq, səxavətlilik

2) bir - birinə hörmət, ehtiram və qarşılıqlı humanist münasibət

3) sözünə bütövlük, öz şəxsiyyətinə hörmət, qarşısındakına ehtiram

4) böyüyə hörmət, kiçiyə ehtiram

5) qarşılaşdıqda salamlaşmaqla ehtiram göstərmək

6) qadınlarda ailələrinə sədaqətlilik, uşaqlara məhəbbət

7) kişilərdə mərdlik və dözümlülük

8) lazım gəldikdə güzəştə getmək alicənablığı

9) dostluqda sədaqətlilik, qohumluqda dəyanətlilik

10) kişisi olmayan evə daxil olmamaq

11) vətənə, torpağa, doğulduğu məkana bağlılıq

12) böyük şəxsiyyətləri ilə fəxr etmək, onlann xatirəsini və ehtiramım əziz tutmaq

13) qadınlarda abır, həya, ismətin qorunub saxlanması

14) kişilərdə qadmlara qarşı ləyaqətlilik

15) kişilərin qadın yanında, qadınların kişi yanmda əxlaqi - etik normalara müvafiq davamması

16) müasir mərhələdə bəşəri ideyaların ən yaxşı ənənələrinin öz əxlaqi - etik normalarımıza tətbiq olunması

Azərbaycan cəmiyyətində formalaşmış əxlaqi və etik normalar başlıca olaraq xalqm özünün ictimai psixologiyası ilə bağlıdır. Xalqımıza məxsus əxliqi - etik normaların müəyyən qismi isə islamın müqəddəs kitabı olan "Qurani-Kərim"ə əsaslanır.

Adət-ənənələr

Azərbaycançılıq milli şüuru xalqm qədimdən bəri gələn adət-ənənələrində xüsusilə qabanq şəkildə əks olunur. Azərbaycan xalqına məxsus adət-ənənələr ictimai xarakter daşıyır. Belə ki, Azərbaycan adət-ənənələri cəmiyyətdə formalaşıb cəmiyyətə xidmət edir və cəmiyyət həyatında da yaşamaqda davam edir. Adət-ənənələr cəmiyyətdə varislik prinsipi üzrə yaranır, formalaşır.

Söz yox ki, xalqımızın məişət adət-ənənələri Azərbaycan mədəniyyətinin əsas tərkib hissəsidir. Əhalinin məişət həyatında bu gün də qorunub saxlanılan bu mental dəyərlər əhəmiyyətlidir. Onu Azərbaycan kültürünün ayrıca sahəsi kimi öyrənsək bir neçə istiqamət yaranacaqdır. Vaxtilə köçəri xalqların əsas oturaq məskəni olduğundan xalq adət-ənənələrində müxtəliflik mövcudddur. Həmçinin İslamın dini adətləri də yerli xalqın mentalitetində bir sıra dəyişikliklər etmişdir.

Hər zaman nəsil yeniləndikcə yaşlı adamlar belə deyirlər: "O vaxtı belə deyildi!". Əcəba biz dəyişmişikmi? Əksəriyyət isə heç də adət-ənənələrimizin yoxluğa sarı getmədiyi qənaətindədir. Xalq iki ziddiyyətli fikirlərdən hansının daha doğru olduğunu yalnız onda bilər ki, mətbuat tariximiz, mədəniyyətimiz, elmimizin keçmişi barəsində araşdırmalar aparsın. "Bizim tarix" layihəsi bu missiyanı yerinə yetirməyə çalışır.

Milli adət və ənənələrin öyrənilməsi və onların mənəvi dəyərlər sistemindəki rolunun tədqiqi həmişə aktual olmuşdur. Çünki milli adət və ənənələr tarixin bütün mərhələlərində ictimai-mədəni tərəqqinin əsas göstəricisi kimi nəzərə çarpmışdır. Cəmiyyət inkişaf etdikcə adət və ənənələr də ayrı-ayrı quruluşların ictimai-siyasi xüsusiyyətlərinə bu və ya digər formada inteqrasiya etmişdir. Buna görə də hər bir ictimai-siyasi quruluş həm bütövlükdə adət və ənənələrə, həm də onun mənəvi-bədii dəyərlərinə öz möhürünü vurmuşdur. Cəmiyyət dəyişdikcə adət və ənənələr də təkmilləşmiş, millətin, xalqın yaradıcılıq nümunələrini yaşatmış, nəsildən-nəsilə ötürülmüşdür. Yeni yaranan hər bir mənəvi dəyər isə tarixi ənənələrimizin varisi kimi təşəkkül tapmışdır. Bu səbəbdən də bütün dövrlərin adət və ənənələrində baş verən yeniliklərin, istiqamətlərin öyrənilməsinə, əldə olunan tarixi təcrübənin müasir sənətşünaslıq və kulturologiya elmlərinə şamil edilməsinə böyük ehtiyac vardır .

Bildiyimiz kimi, uzun illər ərzində öz müstəqilliyini itirmiş Azərbaycan xalqının bir çox milli-mənəvi dəyərləri deformasiyaya məruz qalmış, tarixin yalnız şifahi yaddaşına çevrilmişdir. Keçmiş Sovet dövlətinin kommunist ideoloji mühiti isə dini-milli adət və ənənələrimizin öyrənilməsinə və təbliğinə qadağalar qoymuşdur. Yeni adət və ənənələr adı altında əsasən soçialist həyat tərzinin mahiyyətini və məzmununu ifadə edən ideoloji, siyasi xarakterli mənəvi cəhətlər diqqət mərkəzinə çıxarılmışdır. Sözsüz ki, xalqımıza, onun milli xüsusiyyətlərinə və iradəsinə uyğun olmayan cəhətlər də hakim zümrələr tərəfindən bədii sənət aləminə diqtə edilmişdir. Xüsusilə Sovet məkanında mədəniyyət və incəsənət kommunist əxlaqı prinsiplərinin emosional vasitələrinə çevrilmişdir. Mədəni inkişafın sosialist realizmi metoduna, üslubuna uyğunlaşdırılmasına üstünlük verilmişdir. Ancaq bu dövrdə də Azərbaycan sənətkarları tarixi varislik prinsipindən imtina etməmiş, milli-ənənəvi key fiyyətləri müasirləşdirməyi, onları mənəvi stimula çevirməyi bacarmışlar. Yəni mədəniyyət və incəsənət ənənəvi olaraq bədii-estetik mahiyyətini itirməmiş, keçmiş irsimizin tarixi təcrübəsindən bəhrələnə bilmişdir. Təbii ki, bu bəhrələnmə əsasən empirik anlayışlarda daha çox nəzərə çarpmış, cəmiyyətin siyasi, ideoloji baxışlarına uyğun olaraq yanaşılmışdır.

Xüsusilə, sənətşünaslıq və mədəniyyətşünaslıq elmləri sahəsində tarixi-ənənəvi təcrübənin nəzəri problemlərinin öyrənilmə metodları sosializm realizmi metodları ilə yanaşma tərzi ilə məhddulaşdırılmışdır. Bu da mədəni-mənəvi təkamülün tədqiqinin ideoloji baxışlara uyğunlaşdırılmasına təminat yaratmışdır. Heydər Əliyev göstərir ki, "Azərbaycan xalqı tarix boyu nə qədər əziyyətlər çəkibdir. Anacq dilini də, dinini də adət - ənənələrini də öz mənəvi - əxlaqi mentalitetini də saxlayıbdır".

Azərbaycan xalqına məxsus adət-ənənələrin bir çoxu ən qədim dövrlərdən bu günümüzə gəlib çatmışdır. Bəzi adətlər isə unudulub, öz ənənəsini itirmişdir. Lakin onlann əvəzinə ictimai dünyagörüşlə bağlı olan başqa adətlər yaranaraq ənənə şəklinə düşmüşdür. Məsələn, Azərbaycan xalqında ta qədimdən qalan adət-ənənələrin timsalında qonaqpərvərlik (qonaq qəbul etmək, yola salmaq), dostluq münasibətlər əsasına yaranan və ya ailə münasibətləri üzərində qurulan dostluq), qohumluq (qohumluğa görə münasibətlərin davam etdirilməsi), müəyyən ailə mərasimlərin davam etdirilməsi (məsələn, ailə qurmaq mərasimi, elçi getmək, nişan aparmaq, toy etmək, gəlin gətirmək, toydan sonrakı mərasimlər, uşaq anadan olanda adqoydu keçirmək və s.); bayramlarla bağlı mərasimlərin keçirilməsi (yaz bayramında yumurta boyamaq, qapı pusmaq, od yandırmaq, bayram süfrəsi açmaq, kosa - keçəl oyunlarını təşkil etmək, bəxt sınamaq və s.) bu gün də yaşayır. Yaz bayramının təmtəraqlı keçirilməsi il boyunun şadlıqla, fıravanlıqla, xoşbəxtliklə keçirilməsinin rəmzi əlamətidir.

Vahid Ömərov

F.ü.f.d.dos.

Bütün xəbərlər Facebook səhifəmizdə