Metronun açılması nə vaxt gözlənilir?

"Metronun bağlı qalması 31 avqust tarixinə qədər qüvvədə saxlanılır". Bunu operativ Qərargahın keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin Köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu, texniki, epidemiolji və metronun ventlyasiya sisteminə görə alınmış qərardır: "Belə ki, metronun havalandırma sisteminə görə onun fəaliyyəti məqbul hesab olunmur. Çünki, metronun ventlyasi sistemi virusun yayılmasına səbəb ola bilər".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə