Gürcüstandakı erməni kilsəsinin yeni iddiası

Qeyd etmək lazımdır ki Gürcüstandakı Erməni Apostol Kilsəsinin Tiflisdəki erməni millətçiləri, Korxi kəndindəki kilsəni rəsmi olaraq iddia etdikləri 442 Gürcüstan kilsəsinin siyahısına daxil etmiş və ermənilərə aid olduğunu iddia etmişlər.

Bu kilsə Axalkələk bələdiyyəsinin kilsələri arasında sayca 33-cüdür. 1830-cu illərdəki Korxi və Surb Stepanos (Surb Qriqor Lusavoriç ) 1884-1890-cı illərdə bərpa olunmuşdur – bu məlumat rəsmi Ermənistanın iddiasına əsaslanır. Lakin bu məlumat tamamilə yalandır. Çünki Korxi kilsəsi orta əsrlərdə tikilmiş bir gürcü kilsəsidir ki o zamanda da Samtsxe-Cavaxetiyada heç bir erməni yox idi.

1830-cu ildə kilsə ermənilər tərəfindən tutulmuşdur. 1884-1890-cu illərdə ermənilər tərəfindən ələ keçirilən gürcü kilsələrində təmir işləri aparılmış, kilsələrin gürcülərə mənsub olduğunu isbat edən dəlillər məhv edilmiş, yerinə isə erməni yazısı olan saxta daşlar qoyulmuşdur.

Buna baxmayaraq, Gürcüstanın Mədəni İrsinin Qorunması üzrə Milli Agentliyinin mütəxəssisləri kilsəni araşdırmağa başladıqları zaman dərhal Korxi kəndindəki kilsənin gürcülərə aid olduğunu təsbit etmişlər. Ermənilər isə onu erməni adlandıraraq yerinə guya ermənilərə aid olduğunu sübut edən saxta daşlar qoymuşlar. Bu isə XIX əsrin sonunda, ermənilər tərəfindən Gürcüstan kilsələrinin kütləvi şəklidə mənimsənilməsi dövründə baş vermişdir. Kilsənin təməlinin və divarlarının gürcülərə mənsub olmasını istənilən mütəxəssis sübut edə bilər. Bundan əlavə, 1890-cı ildəki təmiri dövründə vəhşicəsinə dağıdılmış məbəd kompleksinin məzar daşlarını ermənilər mənimsəmişlər.

Kilsənin bu cür vəhşicəsinə məhv edilməsinin qarşısını almaq üçün Gürcüstanın Mədəni İrsinin Qorunması üzrə Milli Agentlik, Axalkələk bələdiyyəsinin Korxi kəndində yerləşən Müqəddəs Stefan kilsəsinin dağıdılmasının qarşısını almaq üçün kilsəni öz himayəsi altına aldı. Kilsənin himayə altına alınması 2017-ci il iyunun 30-da Mədəniyyət abidələrinin müdafiəsi üzrə Milli Agentliyin direktoru Nikoloz Antidzenin tapşırığı ilə yerinə yetirildi.

Müqəddəs Stefan kilsəsi kəndin şimal-şərq hissəsində yerləşir. XIX əsrin sonunda tikilmişdir. Daha əvvəllər kilsənin şərq tərəfində yerləşən zəng qülləsinin yeri dəyişdirilmişdir.

Şərqə tərəf olan divarların yaxınlığında orta əsrlərin təsvirləri olan qəbir daşları tikilmişdir. Kilsənin cənub-qərb küncündə guya kilsənin ermənilərə aid olmasına dair saxta yazı qeyd olunmuşdur. Kilsə haqqında olan bu məlumatlar Gürcüstanın Mədəni İrs Agentliyinin saytında qeyd olunmuşdur. Kilsədəki saxta erməni yazısı guya 1890-cı ilə əsaslanır və beləliklə də ermənilər kilsəni sıfırdan qurduqlarını iddia etməyə çalışaraq qədim gürcü kilsəsini tutmadıqlarını iddia edirlər. Lakin ermənilər, kilsəni mənimsəmə cəhdlərinə baxmayaraq Gürcüstanın Mədəni İrs Agentliyinin mütəxəssislərini aldatmağı bacarmadılar. Çünki mütəxəssislər dərhal kilsənin təməlinin orta əsrlərə aid olduğunu, əvvəllər bu yerdə yaşayan qədim gürcü kilsəsinin tikinti elementlərinin ermənilər tərəfindən qəsdən məhv edildiyini artıq qeyd etmişlər. Korxi kəndindəki gürcü kilsəsinin erməni mənşəli olmasını isbat etməyin mümkün olmadığını başa düşdükləri üçün erməni vandalları kilsənin fundamentinə qədər bərpa adı altında Gürcüstana aid olan bütün izləri məhv etmişlər.

Əslində Gürcüstan hakimiyyətinin Gürcüstan ərazisindəki erməni qəsəbələrində yerləşən bütün gürcü məbədlərini qoruması heç də gec deyil. Əgər bu istiqamətdə müvafiq tədbirlər görülməsə onda gürcü mədəniyyətinin qiymətli abidələri eləcə də gürcü xalqının məbədləri, Korxi kəndində olduğu kimi ermənilərin tərəfindən vəhşicəsinə məhv ediləcək. Ermənilərin isə iddia etdikləri gürcü kilsələri hər an dağılma təhlükəsi ilə qarşı-qarşıyadır. XIX-XX əsrlərdə Gürcüstanda Qriqorian kilsəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri gürcü kilsələrində və monastırlarında köhnə Lapid yazılarının və gürcü nişanlarının məhv edilməsi idi ki, bu da ermənilərə gürcü kilsələrini və digər mədəniyyət abidələrini mənimsəməyə imkan verirdi. Tbilisidə, Samtsxe-Cavaxetidə, Kvemo-Kartlidə, Samaçabloda və Gürcüstanın digər rayonlarında bir çox məbədlər olmuşdur. Hətta ərəblərin hakimiyyəti dövründə belə ermənilərin Gürcüstanı xilas etməsinə dair hər hansı bir hadisə baş verməmişdir. Onlar dəmir çubuqlarla məbədləri dağıdaraq simvolları məhv etmişlər.

Samtsxe-Cavaxetiyada səfərdə olan məşhur tarixçi Georgi Boçoridze Yakov Balaxaşvilidən öyrənmişdi ki, erməni məktəbinin divarlarında Skaltbila kəndinə Fetobendən gətirilmiş çarın və kraliçanın rəsmləri olmaqla yanaşı daş üstündə yazıları da yazılmışdır. Alim, məktəb rəhbərləri olan E. Simonyan və pedaqoq A. Abramyanla görüşərək onlara səfərlərinin səbəblərini izah etməsinə baxmayaraq soyuq bir şəkildə rədd cavabı almışdır. Samtsxe-Cavaxeti ermənilərinin gürcü tarixi abidələrinə olan mənfi münasibəti - bütün gürcü nişanlarını silmələri və məhv etmələri, sonra da bu abidələri mənimsəmələrinə dair məqamları Q. Boçoridzenin xatirələrindən aydın şəkildə görünür.

1990-cı ilin yayında Marneuli rayonunun Axkerpi kəndində Lançava şəhərinin rəhbərliyi altında gürcü polisinin batalyonu durmuşdu. Q. Lançava səhər bel çantası ilə hansısa kişinin kəndin yanında yerləşən köhnə gürcü bazilikasına getməsinə və axşama qədər orada qalmasına dair məlumat almışdı. Q. Lançava maraqlanaraq oraya getdi. Bu zaman orada qazılmış bazilikanın bünövrəsini gördü. Bir erməni isə xəndəkdə dayanaraq bu daşın üzərinə erməni yazısını həkk etdirirdi. Yaşlı bir gürcü qadını Lançavaya şikayətlənərək bunun birinci hal olmadığını qeyd etdi. Belə ki bura gələn ermənilər tez-tez qədim gürcü kilsələrinin daşlarında erməni yazılarını yazırlar.

1987-ci ildə ermənilər gürcü məbədinə - Xucabi monastırına iddia qaldırmışdılar. Guya bu ərazidə qədim zamanlardan bəri ermənilər yaşamışlar və bu kilsə ermənilərə məxsusdur.

Ayrılmış xüsusi komissiya, Gürcüstan və Ermənistanda aşkar edilmiş sənədlər əsasında təsdiq etdi ki, abidə Tamara dövründə tikilmişdir və Gürcüstan sərhədinin hüdudlarında yerləşir. 1918-ci ilin dekabrında ermənilər ingilislərlə Loru tərəfini tutduqdan sonra Ermənistanın sərhədləri Xucabet monastrına çox yaxın idi. 1935-ci ildə ermənilər Xucabini vəhşicəsinə talan edərək oradakı rahibləri monastrdan qovdular. Məşhur Xucabi monastırının, həqiqətən də, gürcülərə aid olmasına dair mətbuatda həqiqəti əks etdirən çoxlu sayda məqalələr dərc olunmuşdur, lakin ermənilər isə bunu da mənimsəmişlər. Bu faktı onlar 1986-1988-ci illərdə İrəvanda erməni dilində dərc edilmiş “Ermənistanın toponimlərinin və onun sərhədyanı ərazilərinin lüğəti”ndə qeydə almışlar.

Vahid Ömərov, f.ü.f.d.,dos.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...