Postpandemiya dövrünə qədəm qoymuşuq! Mehriban xanımın dövlət və hökümət nümayəndələrindən fərqli olaraq yeni xarakter keyfiyyəti üzə çıxdı - ŞƏRH

Müasir dünyanı dəyişən qlobal epidemiya-pandemiya haradan başladı, kimdir günahkar və s. sualları bir qırağda saxlayıb mövcud faktdan danışaq - bu baş verdi. Bu fakt bütün dünya düzənini dayandırdı-sıfır variantı yaşandı.

Biz əvvəlki pandemiya ilə bağlı analitik araşdırmamızda demişdik - günahkar Azərbaycan deyil!

Koronovirus var idi, yox idi, öldürücü idi, yoxsa yox - dünya düzənini və gedişatını dayandırıb sıfır variantına məcbur edən fakt isə mövcud gerçəklik olaraq baş verdi və dünyadakı bütün əsas sistem bölünüb, sərhədləşərək lokallaşdı. Qlobal inteqrasiya olunmuş dünya ölkələrə, ölkələr şəhərlərə, şəhərlər kəndlərə, insanlar isə evlərə bölündü və hər bölgünün öz hərəkət trayektoriyası, yəni sərhəddi müəyyən olundu.
Yeganə qlobal inkişafda olan virtual aləm də mərkəzləşdi və qloballaşmanın elektron şəbəkəsi bütövləşmə prosesindəki inkişafının növbəti mərhələsinə qədəm qoydu.

Dünya savaşında ənənəvi metodlar və inkişaf edən texnologiyalar rəqiblərin kəşfiyyat və nanotexnologiyalar rəqabətində birdən-birə yeni-tanış olmayan və gözlə görünə bilinməyən silahla üz-üzə qaldı və bütün proseslər arxa plana keçərək hər kəs öz sərhəddinə qayıtmaq zorunda qaldı. Dünya bir anlıq dayandı.

KORONAVİRUS BƏŞƏRİYYƏTƏ NƏ GƏTİRDİ VƏ NƏ APARDI?

Azərbaycan dövləti nisbət müqayisəsində qərbdə də, Asiyada da ən güclü dövlət olduğunu sübut etdi- həm özünə, həm dünyaya.

Biz əvvəllər də dəfələrlə demişik ki, Azərbaycan dünyanın bir parçası olduğu üçün dünyada və regionda baş verən proseslərdən kənarda qala bilməz və biz dünyada baş verən proseslər fonunda ölkəmizə və inkişafımıza təsirlərin araşdırılması əsas məqsəd və vəzifələrimizdəndir.

Karona tacdır -Tac isə hakimiyyət və krallığı simvolizə edir. Bu virusu 2019-cu ilin milad hədiyyəsi olaraq hazırlayanlar dünyanın hakimiyyət tacına sahib olmaq üçün bəşəriyyəti bu qorxulu silahla təhdid edərək dünyaya sahib olmağı planlayıblar. Sözsüz ki, bu planın nəticəyədək işlənmiş və təcrübədə tətbiq olunan hissələri mövcuddur. Və plan mərhələlər üzrə həyata keçirilir. Bu həm də əsl döyüşdən əvvəlki real təlim-təcrübə xarakteri də daşıyır. Böyük faiz itkisi olan döyüş təliminə bənzəyir.

GÖRƏK KİM NƏYƏ QADİRDİR?

Əlbəttə bu pandemiya, onun inkişafı və nəticələri barədə ən dəqiq məlumatlı olan şəxs sözsüz ki, Prezidentimizdir. Və Azərbaycan Prezidentinin ölkəmizi və xalqımızı bu bəladan xilas etmək üçün müdrik, çevik və yorulmaz fəaliyyəti Onun liderlik məsuliyyəti və liderlik keyfiyyətinin göstəricisi və təsdiqidir. Eyni zamanda prezidentin qabaqlayıcı tədbirləri və dövlətin, xalqın az itki ilə xilas olması üçün ardıcıl, planlı fəaliyyəti və hətta mənəvi-psixoloji mənada xalqımızın, vətəndaşlarımızın və nəticədə dövlətimizin həmrəylik, birlik, mərhəmət-humanizm prinsiplərinin güclənməsi baxımından uduş əldə etməsi Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasi lider keyfiyyətinin göstəricisidir.

Mehriban xanımın dövlət və hökümət nümayəndələrindən fərqli olaraq yeni xarakter keyfiyyəti üzə çıxdı

Yeri gəlmişkən, bu arada sanki Prezidentimizi hər hansı təhlükədən, yaxud xəstəlikdən qoruyurmuş kimi Onu bir addım da tək buraxmayan Mehriban xanımın dövlət və hökümət nümayəndələrindən fərqli olaraq yeni xarakter keyfiyyəti üzə çıxdı.

Mehriban Əliyeva dövlət rəsmisi kimi deyil, bir xanım kimi, bir ana kimi məhəbbət və mərhəmətlə vətəndaşlara, xalqa müraciət edərək ölkəmiz üçün dualar etdiyini bildirdi. Bu fəaliyyətdə prezidentimizə, insanlara qorxu deyil, şəfqət, mərhəmət və nəsihət ruhu açıq-aydın hiss olunurdu. Ananın övladlarına bəslədiyi məhəbbət ruhu.

Azərbaycan Prezidentinin şəxsən rəhbərlik etdiyi islahatlar və qabaqlayıcı tədbirlər sosial tələbatın və sosial sifarişin ifadəsinin iqtisadi inkişafın və dövlətin qüdrətlənməsinin ifadəsi və təminatı baxımından çox incə, dəqiq uzlaşmanın nəticələri göründüyü kimi gələcəyə hesablanır. Bugünki çevik siyasətlə yaranmış vəziyyətdən üzüağ və qələbə ilə çıxmaq məhz illər öncə əsası qoyulmuş və uğurla layihələrin həyata keçirilməsinin nəticələridir. Eyni zamanda bugün əsası qoyulan və həyata keçirilən layihələr gələcək inkişafın və yaxud insanlar, vətəndaşlar üçün yaranan hər hansı bu kimi təhlükələrin qarşısını almağa yönəlmişdir. Dövlət, dünyanın üzərini bürümüş təhlükəli bəla baş verdiyi zaman bütün mövcud resurslarından istifadə edərək çevik, planlı şəkildə, proqram üzrə tədbirlər həyata keçirdi. Bütün proseslərdə şəxsən birbaşa yaxından iştirak edən Prezident İlham Əliyev administrativ-inzibati tədbirlərlə yanaşı xalqa müraciət edərək vətəndaşların şəxsən maariflənməsi üçün təbliğatdan da çəkinmədi. Cəmiyyətə həmrəylik, vətənpərvərlik, mərhəmət hissini nümayiş etdirərək şəxsi nümunə göstərdi. Çünki xalqın, vətəndaşın inanıb qəbul etdiyi liderin sözü və nümunəsini daha anlayışlı qəbul etdiyini Prezident çox düzgün qiymətləndirir.

KORONAVİRUS İNSANLARA NƏ VERDİ VƏ NƏYİ ALDI?

Bu planı həyata keçirənlər, fərqi yoxdur o mərkəz hardadı qərbdə, yoxsa şərqdə, dünyaya siyasi-iqtisadi divident üçün silah olaraq istifadə edərkən, eyni zamanda insanların psixoloji idarə edilməsini nəzərdən qaçırmış olmazdılar. İnsanlara qarşı psixoloji silah, yaxud psixoloji test kimi də başlıca silah olaraq nəzərdə tutulmuşdu. Lakin insanın maddi-cismani və psixoloji varlıqdan əlavə mənəvi-ruhi hissəsi də mövcuddur. Həyati təhlükə göz önündə, real ölüm şüurda inikas olunan an insan ruhuna daha da yaxınlaşır, çünki dünyadan ümidi kəsilən insanın genetik ruh yaddaşında Allaha yaxınlaşma baş verir. Ölüm anında olduğu kimi.
İnsanların əyləncəyə, qazanmağa, öldürməyə, zalımlığa, israfçılığa başının qarışdığı bir vaxtda dünya əhalisini ölümlə təhdid edən koronavirus bu kimi dünya işlərindən məhrum edərək evdə oturub bir anlıq düşünməyə, Allaha yalvararaq şükr etməyə məcbur etdi. Mənəvi-ruhi keyfiyyət öz mövcudluğunu büruzə verdi və uzaq Asiyada, Avropada qərb dünyasında elə özlərinin idarəetmə mərkəzlərini əldə saxladıqları qlobal virtual aləmdə islamın təbii kütləvi təbliğatı getdi. Məncə, insanların mənəvi-ruhi tərəfdən bu qədər güclənəcəyi nəzərdə tutulmamışdı. Ancaq eyni zamanda psixoloqlar yaxşı bilir ki, insan unutqandır, başını müəyyən şeylərlə qarışdırıb unutdurmaq olar. Yenə də unutqanlarla bərabər unutmayanlar da olacaq. Yeri gəlmişkən Azərbaycan Prezidentinin cəmiyyətə həmrəylik, mərhəmət prinsiplərinin möhkəmlənməsi ilə bağlı çağırışları və bu istiqamətdəki şəxsi nümunəsi və fəaliyyəti insanların, vətəndaşların birliyinə mənəvi dəyərlərin yüksəlməsinə xidmət edir.

Postpandemiya dövrünün yeni mərhələsində Azərbaycan Prezidenti İlham Əliyev uzaqgörən, dünya siyasətini yaxşı bilən təcrübəli bir dövlət xadimi kimi yeni siyasi və iqtisadi münasibətlər sisteminə Azərbaycanın inteqrasiyası barədə planın olduğuna şübhə etmirik.

KORONAVİRUS DÜNYADAN NƏ ALDI?

İnsanların həyatı üçün təhlükə olan bu epidemiya insanların həyatını aldı, immun sisteminə, psixologiyasına və yaşam tərzinə ciddi zərbə vurdu. Dünya siyasi və iqtisadi böhran halını yaşadığı bir dönəmdə vəziyyəti daha da ağırlaşdıraraq şok effekti yaratdı, bəlkə də şokoterapiya effekti olacaq. Bir ispan həkimin dediyi sosial şəbəkələrdə gülüşlə qarşılanan lətifə-oforizmə çevrilmiş "futbolçular həkimdən milyonlarla çox məvacib alır, gedin sizi futbolçular müalicə etsin" deyimi də koronavirusun ortaya çıxardığı düşündürücü "sual-nida" oldu. Milyardlarla insan kütlələrini əhatə edən idman növləri sağlamlıq deyil, əzəli və həqiqi mahiyyətini itirərək tiryək kimi qumar və əyləncə predmetinə çevrilmişdir. Yeri gəlmişkən şəxsən Azərbaycan Prezidentinin vətəndaş siyasətinin prioritetlərindən biri də insanların gənclərin fiziki və mənəvi sağlamlığının təmin olunması istiqamətində dövlətin idman siyasətinin planlı inkişafıdır.

Rasim QULİYEV,

RESURS ANALİTİK İNFORMASİYA MƏRKƏZİNİN SƏDRİ

Müəllif: Vəli Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə