Koronavirusdan bəşəriyyətin sağlamliq hüququnun qorunmasına Azərbaycanın töhfəsi - TƏHLİL

Son zamanlaradək elm üçün naməlum qalan virus kəskin ağciyər xəstəliklərinə səbəb olur. "CHVİD-19" adı verilən koronavirus artıq Azərbaycan da daxil olmaqla, 200-dən çox ölkə və ərazidə yayılıb.

Hazırda dünya boyunca, virusun yayıldığı Çin də daxil 1,4 milyona yaxın insan koronavirusa yoluxub. Ölənlərin sayı 70 mini keçib, sağalanların sayı isə 100 min nəfərdən çoxdur.

Bu xəstəlik nədir və özünüzü necə qoruya bilərsiniz?

Koronavirusun simptomları nədir?

Qızdırma ilə başlayan xəstəlik daha sonra quru öskürəklə müşayiət olunur. Bundan bir həftə sonra təngnəfəslik əmələ gəlir və bəzi hallarda xəstələrin xəstəxanaya aparılmasına ehtiyac yarana bilər. Bu simptomların sizdə olması sizin koronavirusa tutulduğunuz anlamına gəlmir. Çünki, soyuqdəymə və qripin də simptomları belədir. Xəstəliyin kəskin halları sətəlcəmə, ağır kəskin tənəffüs sindromu, çoxsaylı orqan çatışmazlığı və hətta ölümə də səbəb ola bilər. Yaşlı insanlar və ya əvvəllər astma, diabet, ürək xəstəlikləri olmuş insanlar xəstəliyi daha ağır keçirə bilər. İnfeksiyanı tutmaq və simptomların özünü göstərməsi arasındakı zaman - inkubasiya dövrü 14 gün çəkə bilər. Bunu Dünya Səhiyyə Təşkilatı (WHO, ÜST) deyir. Bəzi araşdırmaçılar bu dövrün 24 günədək davam edə biləcəyini qeyd edir. Əlləri mütəmadi olaraq yaxşıca yumaq virusa yoluxmamaq yolunda ilk addımdır. Koronavirusun insandan-insana necə yayılması hələ aydın deyil. Lakin oxşar viruslar hava-damcı yolu ilə keçir. Odur ki, asqırma zamanı ağız-burunu dəsmalla tutmaq, əlləri yumadan üzə-gözə vurmamaq və xəstə insanlarla yaxın əlaqədə olmamaq önəmlidir.

Özündə respirator xəstəlik əlamətləri hiss edən şəxslər təcili yardıma müraciət etməlidirlər. Koronavirusa görə yoxlanmaq istəyənlərə "ən yaxın klinika" yox, təcili yardım xidmət göstərir. Bunun üçün 103 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) təcili yardım nömrələrinə zəng etmək lazımdır. Hazırda xəstəliyin geniş yayıldığı bölgələrdən gələnlər və ya onlarla təmasda olanlar, eləcə də, xəstəliyi təsdiq olunmuş şəxslə təmasda olanlar analiz verməlidir Dünyaboyu hər gün xəstələnənlərin sayı artır. Mütəxəssislər isə hesab edir ki, xəstələrin sayı rəsmi rəqəmlərdən xeyli artıqdır. Xəstəliyin episentri Çinin Uhan şəhərində yerləşır. Lakin artıq dünyanın 200 ölkə və ərazisində bu xəstəliyin olması təsdiqlənib. Xəstəliyin yayıldığı ilk günlərdə yoluxanların demək olar ki, hamısı Uhana səfər edənlər idi. İstisnanı Tailandda baş verən bir yoluxma halı təşkil edir. Burada yoluxmanın mənbəyi heyvan olub. ÜST-ün 56 min pasiyent arasında apardığı sorğu nəticəsində aydın olub ki, yoluxanların hər beş nəfərindən dördündə simptomlar mülayim olur. Daha dəqiq, yoluxanların 80 faizində simptomlar yüngül, 14 faizində kəskin, 6 faizində isə kritik olub. Xəstəlikdən ölənlər 1-2 faiz təşkil edib, lakin bu məlumatlar dəqiq deyil. Bunu qriplə müqayisə etsək, hər il bu xəstəlik 290 000-650 000 ölümə səbəb olur. Eynilə, hər il qripin kəskinliyi də artır. Hazırda müalicə çox sadə məsələyə - nəfəs sisteminə dəstək verməyə əsaslanır.

Hazırda vaksin hazırlanması üzərində iş gedir və cari ilin sonunadək onun hazır olacağı güman edilir. Xəstəxanalar müalicə üçün təsirini yoxlamaq üçün anti-viral dərmanlardan da istifadə edir. Virusa qarşı vaksin yoxdur, buna görə də onu dayandırmağın yeganə yolu erkən diaqnoz və xəstələrin təcrid olunmuş vəziyyətdə müalicəsidir. Xəstələrlə təmasda olan insanları nəzarət altında saxlayıb, onların daima monitorinqini aparmaq yeni yoluxma hallarının qarşısını ala bilər. Koronaviruslar geniş virus qrupuna mənsub olsa da, onların yalnız altı növü (yenisi sayca yeddinci olacaq) insandan insana ötürülə bilər. Yeni virusların ortaya çıxması mütəmadi prosesdir. Bəzi hallarda bir müddət gözə dəyməyən virus heyvanlardan insana ötürülə bilər. "Keçmişdə ortaya çıxan xəstəliklərin yayılmasına nəzər salsaq, yeni koronavirusun heyvanlardan (insana) keçməsini görərik", - Nottingham Universitetinin virusoloqu professor Jonathan Ball deyir. Yarasalarda başlayan Şiddətli Kəskin Respirator Sindromu (SARS) palma pişiklərinə - onlardan isə insanlara keçdi. 2002-ci ildə SARS 774 nəfərin ölümünə bais olmuşdu.

"SARS yaddaşlarda dərin iz buraxıb və indiki qorxuların çoxu da məhz buradan irəli gəlir. Amma biz belə xəstəlik növləri ilə mübarizə aparmağa daha çox hazırıq", - Wellcome Trust-dan doktor Josie Golding deyir.

* Öskürəndə və ya asqıranda otaqdan çıxmaq lazımdırmı?

* Azərbaycanda H3N2 virusu: qrip nə qədər təhlükəlidir?

2012-ci ildə Yaxın Şərq tənəffüs sindromu (MERS) baş qaldırdı. O vaxtdan bəri bu xəstəliyə düçar olan 2,494 xəstədən 858-i vəfat edib.

Lakin müntəzəm olaraq birhürgüclü dəvələrdən keçən yoluxma halları qeydə alınır. Heyvanların saxlanıldığı yer (virusun yayılmağa başladığı ilk məkan) aşkar edildikdən sonra problemin həlli xeyli asanlaşır. Koronavirus hadisələri Uhandakı cənubi Çin dəniz məhsullarının topdansatış bazarı ilə əlaqələndirilir. Bəzi dəniz məməliləri (Ağ balina kimi) koronavirus daşıyıcısı ola bilər. Böyük bir ehtimalla virusun daşıyıcısı bu bazarda satılan toyuq, yarasa, dovşan və ya ilan kimi vəhşi canlılardan biri olub. Virusların mütəmadi olaraq dəyişib inkişaf edəcəyini gözləmək olar. Ancaq bunun mümkün nəticələrini izah etmək daha çətindir. Yeni koronavirus bir canlıdan digərinə ötürülür. Mutasiya nəticəsində onun insandan insana keçməsi asanlaşa bilər. Həmçinin, xəstəliyin simptomları da kəskinləşə bilər. Bunlar alimlərin diqqət mərkəzində qalan məsələlərdir. Virusun yayılması üçün Çində daha əlverişli şərait mövcuddur: buraya əhalinin sayı, sıxlığı və virusları daşıyan heyvanlarla insanların sıx təmasını aid etmək olar. Sağlam ətraf mühitdə yaşamaq hüququ insan hüquqları içərisində üçüncü nəsil kollektiv hüquqlar sırasına daxildir, yəni bu hüquq həm fərdi, həm də kollektiv hüquqdur. Fərdi hüquq kimi bu, hər bir kəsə məxsusdur. Kollektiv hüquq kimi isə bütün insanlara aiddir. Azərbaycan Respublikası Konstitusiyasının "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlanan III fəslində 39-cu maddədə əks olunmuşdur:

I Hər bir kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.

II Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.

Bundan başqa Konstitusiyanın 78-ci maddəsində belə bir müddəa vardır: "Ətraf mühitin qorunması hər şəxsin borcudur." Hər bir insan fəaliyyət prosesində bu və ya digər formada ətraf mühitlə təmasda olur. Hər bir kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ ilə paralel, ətraf mühiti qorumaq vəzifəsi vardır. Ətraf mühiti qorumaq və ona qayğı ilə yanaşmaq hər bir kəsin mənəvi borcudur. Sağlam ətraf mühitdə yaşamaq hüququ insanın fundamental hüququdur. İnsanın sağlam ətraf mühitdə yaşamaq hüququ ilk dəfə 1972-ci ildə BMT-nin "Ətraf Mühitə dair" Stokholm konfransında geniş müzakirə olunmuşdur. Konfransa hazırlıq mərhələsində hökumətlərarası işçi qrupu tərəfindən "İnsanı əhatə edən ətraf mühit haqqında" bəyannamənin birinci layihəsində aşağıdakı müddəanın verilməsi təklif edilmişdir: "Yaşamaq hüququ da daxil olmaqla insanın əsas hüquqlarından olan təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq hüququ" var.

İnsan hüquqları sırasında ən öndə duran hüquq yaşamaq hüququdur. Bu hüquq universaldır və icbaridir. Onsuz başqa hüquqların mənası yoxdur, yəni yaşamaq hüququ yoxdursa, onda heç bir hüquq mövcud ola bilməz. Amma qanunvericilikdə nəzərdə tutulmuş bəzi hallarda, beynəlxalq hüquqda müharibə dövründə düşmən əsgərin öldürülməsini, yəni yaşamaqdan məhrumetməni məqbul sayırlar, digər hallarda isə yaşamaq hüququ ən dəyərli hüquqdur.Bu hüquq ətraf mühitlə sıx bağlıdır. Yəni insan öz yaşamaq hüququnu sağlam şəkildə ətraf mühitdə həyata keçirir. Hər bir insan sağlam ətraf mühitdə yaşamaq istəyir, bu, təbiidir. Yəni müasir dövrdə sağlamlıq və yaşamaq hüququ bir-birilə sıx əlaqədədir, bu, dəqiqdir, onun dəyişimə ehtiyacı yoxdur.

Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi barədə Baş nazir sərəncam imzalayıb.Sərəncama əsasən iqtisadi artıma və sahibkarlığa dəstək istiqamətində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 300 min muzdlu işçinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 215 milyon manat vəsait ayrılıb. Orta hesabla bir muzdlu iş yerinin qorunması üçün 717 manat xərclənəcək. Pandemiyadan zərər çəkən 300 min fərdi (mikro) sahibkara da 80 milyon manat dəstək nəzərdə tutulur. Pandemiyadan zərər çəkən sahibkarlara vergi güzəştlərinin və tətillərinin ümümi məbləği 115 milyon manat təşkil edir. Buraya əmlak və torpaq vergisindən müddətli azadolmaların verilməsi, mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə müddətli güzəştlərin verilməsi, sosial sığorta yükünün azaldılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi və s. daxildir.

500 milyon manat həcmində yeni kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək, faiz dərəcəsinin yarısını isə dövlət subsidiyalaşdıracaq. Aqrar sektorda girovsuz mikrokreditlərin verilməsi üzrə mexanizm yaradılacaq. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların 2020-ci il 10 mart tarixinə 1 milyard manat həcmində mövcud kreditlərinin faiz dərəcəsinin bir il üzrə 10%-i subsidiyalaşdırılacaq. Güzəştli ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcmi 90 milyon manat artırılacaq".

Həyati vacib sərnişindaşıma sahəsinə 280 milyon manat maliyyə dəstəyi veriləcək. Məşğulluq və sosial rifaha dəstək istiqamətində əsas məqsədlərdən biri dövlət və qeyri-dövlət sektorlarında 1 milyon 574 min işçinin əsassız yerə işdən çıxarılması və ixtisarına yol verilməməsi, həmçinin məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanmasıdır.

50 min haqqı ödənilən ictimai iş yerinin yaradılması vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğu təmin ediləcək və işsiz kimi qeydiyyata alınan 200 min nəfərə iki ay ərzində 190 manat birdəfəlik ödəmə veriləcək. Özünüməşğulluq proqramı 11 min nəfəri əhatə edəcək və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinə 20 min nəfər düşəcək. Əhaliyə güzəştli işıq limitinin aprel-may aylarında 100 kvts. həcmində artırılmasına 10 milyon manat ayrılıb. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün 40 milyon manat nəzərdə tutulub. Sonuncu istiqamət makroiqtisadi və maliyyə sabitliyi adlanır. İri maliyyə tutumu olan tədbirlər planını həyata keçirmək üçün yeni makroiqtisadi çərçivə hazırlanmalıdır. Fiskal siyasətdə ediləcək dəyişikliklərə uyğun olaraq monetar siyasətin qarşısında yeni vəzifələr dayanır. Mərkəzi Bank zərər çəkən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə banklara requlyativ tətil verəcək. Ölkənin maliyyə-bank sektorunda sabitliyin qorunması təmin ediləcək. Bütövlükdə, Tədbirlər Planının qarşısında əsas vəzifə əhalini və sahibkarları pandemiyanın mənfi təsirlərindən qorumaq, iqtisadiyyatın funksionallığını saxlamaq və post-pandemiya dövründə yeni iqtisadi artım modelini tətbiq etməkdir. Tədbirlər Planı çərçivəsində Prezident Sərəncamı ilə ayrılan 2,5 milyard manat vəsaitdən əlavə 343,6 milyon manat da digər mənbələrdən təmin olunacaq. Digər mənbələrə İşsizlikdən Sığorta Fondu və Dövlət Sosial Müdafiə Fondunu aid etmək olar. Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan 110 milyon manat ianəni və Nazirlər Kabinetinə ilk olaraq təqdim edilən 10 milyon manat vəsaiti də nəzərə alanda, Azərbaycanın korona-böhranla mübarizə büdcəsi ümumilikdə 3 milyard manata, başqa sözlə, dövlət büdcəsi gəlirlərinin 12,3 faizinə və ya ÜDM-in 3,6 faizinə çatır. Bundan başqa postsovet məkanında korona-böhran səbəbindən devalvasiyaya uğramayan yeganə valyuta olan manatın sabitliyi üçün təkcə bu ilin mart ayında Dövlət Neft Fondu tərəfindən 1 milyard 928,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan postsovet məkanında korona-böhranla mübarizəyə ÜDM-in ən böyük hissəsini ayırmış ölkədir.

Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanında deyilir: "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edir. Bu məqsədlə, əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin bu növ tədbirlərə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdən olmaqla, korporativ sosial məsuliyyəti, dövlət - vətəndaş birliyini əks etdirən əsas faktorların bariz göstəricisidir.

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə