Ədliyyə Nazirliyi və Mətbuat Şurasının birgə jurnalist araşdırmaları müsabiqəsinin ELANI
Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsi sisteminin formalaşdırılmasına, insanlarının hüquqlarının məhkəmə müdafiəsinin etibarlı təmin olunmasına, müraciət imkanları artırılmaqla əlçatanlığın asanlaşdırılmasına xidmət edən mütərəqqi məhkəmə-hüquq islahatları həyata keçirilir.
Bu sahədə islahatlar ötən il müasir çağırışlara uyğun olaraq yeni mərhələyə keçərək, ədliyyə və məhkəmə sisteminin inkişafının mühüm “yol xəritəsi” olan "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" ölkə Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanının icrası üzrə ötən dövrdə ardıcıl tədbirlər görülüb. Cari ilin aprelində Fərmanın qəbulunun bir ili tamam olur.
Bununla əlaqədar Ədliyyə Nazirliyi və Mətbuat Şurası tərəfindən məhkəmə-hüquq sistemində aparılan islahatların, o cümlədən 3 aprel tarixli Fərmanın icrası üzrə görülən işlərin, əldə olunan nailiyyətlərin və tətbiq olunan yeniliklərin kütləvi informasiya vasitələrdə dolğun, obyektiv və geniş işıqlandırılması, təbliği məqsədilə "Məhkəmə-hüquq islahatları: müasir çağırışlar və innovativ təcrübələr" mövzusunda birgə jurnalist araşdırmaları müsabiqəsi elan olunur.
Martın 1-dən 30-dək davam edəcək müsabiqə kütləvi informasiya vasitələrinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında keçirilir.
Müsabiqənin istiqamətləndirici mövzuları
- Ölkənin hərtərəfli inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən məhkəmə-hüquq islahatlarının nəticələrinin ictimai əhəmiyyəti;
- Məhkəmələrin fəaliyyətində insan hüquq və azadlıqlarının, qanunçuluq, ədalətlilik və şəffaflıq prinsiplərinin təmin olunması;
- Vətəndaşların məhkəmələrə müraciət imkanlarının və ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər;
- Məhkəmə-Hüquq Şurasının müstəqil məhkəmə özünüidarə orqanı kimi fəaliyyəti;
- Məhkəmə sistemində yeniliklərin tətbiqi, dünya praktikası, nailiyyətlər və gələcək perspektivlər.
Mükafatlandırma
Qeyd olunan istiqamətlər üzrə müsabiqəyə təqdim olunmuş yazı və digər materialların müəllifləri aşağıdakı formada mükafatlandırılacaqdır:
I yer – 1 nəfər - 1.000 manat
II yer – 2 nəfər - 600 manat
III yer – 2 nəfər - 400 manat
Müsabiqədə iştirakla bağlı şərtlər
Müsabiqəyə:
- Qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq yazılar, həmçinin telekanallarda efirə verilən video-materiallar, radiolarda səsləndirilən audio-materiallar qəbul olunur.
- Yazı 8 min kompüter işarəsindən az, 10 min işarədən (1 A3 formatlı qəzet vərəqində) çox olmamalıdır;
- Televiziya və radio materialları üçün həcm məhdudiyyəti yoxdur.
- Müsabiqəyə təqdim olunan yazı, TV və radio materiallarında "Ədliyyə Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının birgə "Məhkəmə-hüquq islahatları: müasir çağırışlar və innovativ təcrübələr" mövzusunda KİV təmsilçiləri arasında keçirilən jurnalist araşdırmaları müsabiqəsinə təqdim etmək üçündür" qeydi olmalıdır.
Müsabiqəyə təqdim olunmuş materiallarda üstünlük veriləcək:
- Materialın istiqamətləndirici mövzulara uyğun dolğun əhatə etmə səviyyəsinə;
- Analitik keyfiyyətlərə və faktlardan düzgün istifadə xüsusiyyətlərinə;
- Orijinal araşdırmaya, bir neçə mənbəyə istinad edilməsinə, faktların təqdimatı zamanı mənbələrin göstərilməsinə;
- Yazının dil və üslub xüsusiyyətlərinə, ifadə vasitələrinin zənginliyinə;
- Oxucu üçün informasiyalılıq dərəcəsinə;
- Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.
Qeyd: Müsabiqədə iştirak edənlər konkret kütləvi informasiya vasitəsində ən azı bir il müddətində fasiləsiz çalışmalı, təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmalıdır.
Materialların təqdim edilməsi
Müsabiqə üçün materiallar martın 1-dən 30-dək həftənin iş günləri saat 11.00-dan 17.00-dək Azərbaycan Mətbuat Şurasına (Ünvan: Bakı şəhəri, Məmməd Araz, 4 (əvvəlki Teymur Əliyev, 38) şəxsən aşağıdakı formada təqdim olunmalıdır:
- Yazının dərc olunduğu mətbuat orqanı (qəzet və ya jurnal) - 1 nüsxə;
- Yazı elektron variantda (Times New Roman (12) şriftində - CD diskdə) - 1 nüsxə və çap variantda (A4 formatda) - 3 nüsxə;
- Yazı onlayn media resursunda dərc olunubsa, surəti (A4 formatda, linki göstərilməklə) - 3 nüsxə;
- Süjetin televiziyada yayımlanmasına dair material (DVD diskdə) - 1 nüsxə;
- Süjetin radioda yayımlanmasına dair material (DVD diskdə) - 1 nüsxə.
Materiallara əlavə olunmalıdır:
- Şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- VÖEN və Bank rekvizitlərinin surəti
- Əlaqə vasitələri (ev, iş, mobil telefonları).
Bildirilir ki, müsabiqə şərtlərinin hər hansı biri yerinə yetirilmədiyi halda yazı və ya süjet müsabiqəyə buraxılmır. Ətraflı məlumat üçün (012) 441 35 30, (050) 242 09 91, (012) 565 15 15 telefonları vasitəsilə məlumat almaq olar.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



