Ədliyyə Nazirliyi və Mətbuat Şurasının birgə jurnalist araşdırmaları müsabiqəsinin ELANI

28 Fevral 2020 17:16 (UTC+04:00)

Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsi sisteminin formalaşdırılmasına, insanlarının hüquqlarının məhkəmə müdafiəsinin etibarlı təmin olunmasına, müraciət imkanları artırılmaqla əlçatanlığın asanlaşdırılmasına xidmət edən mütərəqqi məhkəmə-hüquq islahatları həyata keçirilir.

Bu sahədə islahatlar ötən il müasir çağırışlara uyğun olaraq yeni mərhələyə keçərək, ədliyyə və məhkəmə sisteminin inkişafının mühüm “yol xəritəsi” olan "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" ölkə Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanının icrası üzrə ötən dövrdə ardıcıl tədbirlər görülüb. Cari ilin aprelində Fərmanın qəbulunun bir ili tamam olur.

Bununla əlaqədar Ədliyyə Nazirliyi və Mətbuat Şurası tərəfindən məhkəmə-hüquq sistemində aparılan islahatların, o cümlədən 3 aprel tarixli Fərmanın icrası üzrə görülən işlərin, əldə olunan nailiyyətlərin və tətbiq olunan yeniliklərin kütləvi informasiya vasitələrdə dolğun, obyektiv və geniş işıqlandırılması, təbliği məqsədilə "Məhkəmə-hüquq islahatları: müasir çağırışlar və innovativ təcrübələr" mövzusunda birgə jurnalist araşdırmaları müsabiqəsi elan olunur.

Martın 1-dən 30-dək davam edəcək müsabiqə kütləvi informasiya vasitələrinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında keçirilir.

Müsabiqənin istiqamətləndirici mövzuları

Mükafatlandırma

Qeyd olunan istiqamətlər üzrə müsabiqəyə təqdim olunmuş yazı və digər materialların müəllifləri aşağıdakı formada mükafatlandırılacaqdır:

I yer – 1 nəfər - 1.000 manat

II yer – 2 nəfər - 600 manat

III yer – 2 nəfər - 400 manat

Əlavə 5 nəfərə isə həvəsləndirici mükafatlar veriləcəkdir.

Müsabiqədə iştirakla bağlı şərtlər

Müsabiqəyə:

Müsabiqəyə təqdim olunmuş materiallarda üstünlük veriləcək:

Qeyd: Müsabiqədə iştirak edənlər konkret kütləvi informasiya vasitəsində ən azı bir il müddətində fasiləsiz çalışmalı, təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmalıdır.

Materialların təqdim edilməsi

Müsabiqə üçün materiallar martın 1-dən 30-dək həftənin iş günləri saat 11.00-dan 17.00-dək Azərbaycan Mətbuat Şurasına (Ünvan: Bakı şəhəri, Məmməd Araz, 4 (əvvəlki Teymur Əliyev, 38) şəxsən aşağıdakı formada təqdim olunmalıdır:

Materiallara əlavə olunmalıdır:

Bildirilir ki, müsabiqə şərtlərinin hər hansı biri yerinə yetirilmədiyi halda yazı və ya süjet müsabiqəyə buraxılmır. Ətraflı məlumat üçün (012) 441 35 30, (050) 242 09 91, (012) 565 15 15 telefonları vasitəsilə məlumat almaq olar.