Lənkəran Dövlət Humanitar Kollecində konfrans keçirilib

Dekabrın 9-da Lənkəran Dövlət Humanitar Kollecinin akt zalında buraxılış kurs tələbələrinin təcrübələrinin başlanğıc konfransı keçirilib. Korfransı giriş nitqi ilə kollecin direktoru Ruslan Həmidov açıb. SİA-nın Cənub bürosuna Kollecin təcrübə rəhbəri Sevər Əhmədovanın verdiyi məlumata görə, direktor təcrübələrin əhəmiyyəti, mütəxəssis hazırlığı prosesində təcrübənin zəruruliyi barədə məlumat verərək əvvəlki illərdə aparılan təcrübələrdə qazanılan uğurlar və müşahidə edilən nöqsanlar haqqında tələbə və metodistləri ətraflı məlumatlandırıb. Sonra söz kollecin təcrübə rəhbəri Sevər Əhmədovaya verilib. Təcrübə rəhbəri bildirib ki, bu il kollecin 2019–2020–ci tədris ilində əyani şöbənin Pedaqoji yönümlü ixtisasları üzrə 106 tələbə, qeyri pedaqoji ixtisaslar üzrə 96 tələbə və müsiqi şöbəsi üzrə 24 tələbə ümumilikdə 226 sonuncu kurs tələbəsi bu il təcrübəyə gedəcəklər. Tələbələr bu gündən başlayaraq 5 həftəlik müşahidə təcrübəsində iştirak edəcəklər. Bu təcrübələr Lənkəran şəhər 4 saylı, 10 saylı tam orta məktəbində və 9 saylı körpələr evi uşaq baxçasında keçiriləcəkdir.

Konfransda təcrübəçi tələbələr, metodist və fənn müəllimlərini maraqlandıran suallarla bağlı geniş müzakirələr aparılıb, əvvəlki illərdə keçirilən təcrübələrdən fotoşəkillər və video kadrlar nümayiş etdirilib.

Sonda direktor dos. Ruslan Həmidov təcrübələrin daha da səmərəli kecirilməsi üçün metodik tövsiyyələr və əməli tapşırıqlar verib.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə