Türkiyədə son 39 ilin ən quraq payızı

Türkiyədə 2019-cu ildə son 39 ilin ən quraq payızı müşahidə edilib. SİA xəbər verir ki, bu barədə Türkiyənin Hidrometeorologiya İdarəsindən bildirilib.

Məlumata əsasən, bu ilin payız fəsli ərzində ölkə ərazisində əvvəlki ilin eyni dövrü ilə müqayisədə yağıntı təxminən 47 faiz azalıb. Türkiyənin Çanaqqala, Bursa, Qaziantep və Şanlıurfa şəhərlərində, Hatay vilayətində, eləcə də Mərkəzi Anadolunun şimal və qərb bölgələrində, Şərqi Anadolunun şərq və qərb hissələrində normal mövsüm şərtləri ilə müqayisədə yağıntının 60 faizədək azalması qeydə alınıb. Ən çox azalma 67 faizlə Çorumda müşahidə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə