Azərbaycan Turizm və Menecment Universitetində Perunun ölkəmizdəki müvəqqəti və səlahiyyətli səfiri xanım Maria Milagros Castanon Seoane və universitetin rektoru İlham Mədətov arasında görüş olub.

ATMU-dan SİA bildirilib ki, görüşdə diplomat xanıma universitetin inkişaf strategiyası,təhsil-tədris sistemi, beynəlxalq əlaqələr, həmçinin ali təhsil müəssisəsinin perspektiv planları haqqında ətraflı məlumat verilib. Söhbət əsnasında Peru və ATMU arasında mümkün əməkdaşlıq əlaqələrinin qurulması və möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...