Peru səfiri ATMU-da qonaq olub

23 Noyabr 2018 09:49 (UTC+04:00)

Azərbaycan Turizm və Menecment Universitetində Perunun ölkəmizdəki müvəqqəti və səlahiyyətli səfiri xanım Maria Milagros Castanon Seoane və universitetin rektoru İlham Mədətov arasında görüş olub.

ATMU-dan SİA bildirilib ki, görüşdə diplomat xanıma universitetin inkişaf strategiyası,təhsil-tədris sistemi, beynəlxalq əlaqələr, həmçinin ali təhsil müəssisəsinin perspektiv planları haqqında ətraflı məlumat verilib. Söhbət əsnasında Peru və ATMU arasında mümkün əməkdaşlıq əlaqələrinin qurulması və möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparılıb.