Adil Zeynalov: "Azərbaycanda bir çox təhlükəli tullantılar problemi öz həllini gözləyir" - MÜSAHİBƏ

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi departamentinin sektor müdiri Adil Zeynalov SİA-ya ekslüziv müsahibə verib.

- Balaxanı şəhər paliqonunda son vəziyyət nə yerdədir?

- 2008-ci ildən etibarən Azərbaycan prezidentinin sərəncamı ilə Balaxanı məişət tullantıları poliqonuna nəzarət İqtisadi İnkişaf Nazirliyinin (İİN) nəzdində fəaliyyət göstərən Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinə (ASC) verilib. Bu vaxta qədər poliqona operatorluğu Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirirdi. Hazırda Balaxanı şəhər paliqonu "Təmiz Şəhər" ASC-nin balansındadır. Sərəncam veriləndən bu günə qədər İİN tərəfindən bir sıra layihələr həyata keçirilib. Məişət tullantılarının idarə edilməsi və Balaxanı paliqonunun bərpası ilə bağlı 5 mərhələdən ibarət layihə həyata keçirilib və Balaxanı şəhər poliqonu tamamilə söndürülüb. Hazırda poliqon ərazisində abadlaşdırma işləri həyata keçirilir.

- Suraxanıdakı məişət tulantıları necə idarə olunur və poliqonun yenidən bərpası nəzərdə tutulurmu?

- Suraxanı və Qaradağ şəhər poliqonları da prezidentin sərəncamı ilə Təmiz Şəhər ASC- nin idarəsinə verilib. Artıq 4 ildir ki, Suraxanı poliqonunun fəaliyyəti dayandırılıb. Bununla yanaşı Qaradağ rayonunda Lökbatan ərazisindəki məişət tullantıları poliqonu da fəaliyyətini dayandırıb. Hazırda bu rayonların ərazisində əmələ gələnən tullantılar Balaxanıya daşınır. Yuxarıda qeyd etdiyim layihə çərçivəsində "Təmiz Şəhər" ASC bu iki paliqonun bağlanması və ya bərpası işlərini həyata keçirməyi planlaşdırır. Hələ ki, ASC-nin üzvləri konstantiv şirkətlərlə birgə bu layihə üzərində işləyirlər. Çox güman ki bu poliqonlar gələcəkdə bağlanacaq.

- Azərbaycanda neftli torpaqların təmizlənməi ilə bağlı hansı tədbirlər görülür?

- Neftli torpaqların təmizlənməsi işi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən həyata keçirilir. Onlar təmizləmə işlərinə ilk olaraq Bibiheybət ərazisindən başladılar. Bu gün artıq Bibiheybət ərazisindəki neftlə çirklənmiş torpaqlar tamamilə təmizlənib və bərpa edilib. ARDNŞ Balaxanı və başqa mədən ərazilərindəki çirklənmiş torpaqları təmizləməyi nəzərdə tutub

- Azərbaycanda təhlükəli tullantıların bərpa edilməsi sahəsində hansı tədbirlər görülür və tullantıların utilizasiyası nəzərdə tutulurmu?

- Ümumiyyətlə, təhlükəli tullantılar məsələsi bizdə hələ də tam olaraq öz həllini tapmayıb.Sovet dövründə təhlükəli tullantılar ən çox Sumqayıtda kimya sənayesində əmələ gəlirdi. İndi isə neft sahəsində təhlükəli tullantılar daha çox üstünlük təşkil edir. Buna baxmayaraq ARDNŞ öz sahəsinin tullantılarının idarə olunmasında bir sıra irəliləyişlər əldə edib. Amma təbii ki bu problemin həlli demək deyil,çünki digər təhlükəli tullantılar da öz həllini gözləyir. Bu gün təhlükəli tullantıların utilizasiyası,yəni onların bəpa edilib yenidən istifadəyə verilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyində mümkün deyil. Amma, Sumqayıt səthi aktiv maddələr zavodunda xlor alınması zamanı yaranan civə tərkibli təhlükəli tullantıların zərərsizləşdirilməsi ilə bağlı tədbirlər qənətbəxş nəticə verib. Bu tədbir Azərbaycan Respublikası Prezidentinin 28 Sentyabr 2006- cı il sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010- cu illər üçün Kompleks Tədbirlər Planı" nın sırasında idi. Tədbir nəticəsində civə tərkibli həmin maddələr Sumqayıt yaxınlığında yerləşən və müasir tələblərə cavab verən paliqonda yerləşdirilmiş və tamamilə zərərsizləşdirilmişdir. Lakin müəəsisələrdə əmələ gələn təhlükəli tullantılar hazırda heç bir utilizasiya prosesini keçmir. Ona görə də həmin sahədə əmələ gələn tullantılar yaxın ərazilərdəki paliqonlara daşınaraq zərərsizləşdirilir.

- Yaranması nəzərdə tutulan məişət tullantılarının emalı zavodunun inşasının nə vaxt başa çatması nəzərdə tutulur?

- Bu zavodun inşası da 2006-2010-cu illərin kompleks tədbirlər planında nəzərdə tutulub. İnşaat işləri İİN və Fransanın Knim şirkətinin arasında bağlanmış müqavilə əsasında Balaxanı yaxınlığında başlayıb. 2009-cu ilin noyabr ayında məişət tullantıları emalı zavodunun tikintisinin təməli qoyulub. 2013-cü ildə həmin zavodun inşasının başa çatması və fəaliyyəti nəzərdə tutulur. Zavodda il ərzində 500 min ton tullantı yandırılaraq elektrik enerjisinin əlde edilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...