Aparılan araşdırmalar göstərir ki, istehlak bazarında məhsulların saxlanması ilə bağlı tələblər sahibkarlar tərəfindən bir sıra hallarda pozulur.
SİA-nın verdiyi məlumata görə, "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"na əsasən, hüquqi və fiziki şəxslər malların saxlanılması zamanı bir sıra tələblərə əməl etməyə borcludur. Belə ki, sahibkarlıq subyektləri malların anbarlarda saxlanılması, onların ticarət zallarında və xırda pərakəndə ticarət şəbəkələrində yerləşdirilməsi tələblərinə, mal qonşuluğu prinsiplərinə, sanitariya və yanğından mühafizə qaydalarına ciddi riayət etməli, ticarət zalında olan malların istehlakçıların sərbəst seçə bilmələri üçün şüşəli şkaflara, asılqanlara, taralara, səbətlərə, soyuducu avadanlıqlara, kasetlərə və digər vasitələrə yığılmasını təmin etməlidir. Bundan əlavə, malların saxlanma rejimi və formasının normativ-texniki sənədlərin, standartlar və təchizat müqavilələri ilə müəyyən edilmiş tələblərə cavab verməsi, yararlılıq müddəti ötmüş, qablaşdırılması və markalanması normativ sənədlərin tələblərinə cavab verməyən malların satışda olan mallarla bir yerdə saxlanılmaması, obyekt işçilərinin üst geyimləri və şəxsi əşyalarının bu məqsəd üçün nəzərdə tutulmuş xüsusi yerlərdə saxlanılması tələblərinə əməl olunmalıdır. Malların mənşəyini və qiymətini təsdiq edən qaimə, uyğunluq sertifikatı olmadıqda, həmçinin pirat və ya kontrafakt malların ticarət şəbəkələrində saxlanılması qadağandır.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bildirir ki, qida məhsullarının saxlanmasına diqqət yetirilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, qida məhsullarının istehlakçıya çatdırılmasının bütün mərhələlərində itkilərin azaldılması, keyfiyyətin və təhlükəsizliyinin qorunması mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir.
Məlum olduğu kimi, saхlanılma qabiliyyətinə görə bütün ərzaq malları tez хarab olan və uzun müddət saхlanılmağa davamlı mallar qrupuna bölünür. Tez хarab olan mallara ət, balıq, süd, yumurta, təzə meyvə, giləmeyvə və tərəvəzlər aid edilir. Uzun müddət saхlanılmağa davamlı mallar qrupuna isə un, yarma, makaron, şəkər, nişasta, qurudulmuş meyvə-tərəvəzlər, konservlər, alma, kartof, kələm və s. aiddir.
Saхlanılma zamanı qida məhsullarında fiziki, kimyəvi, biokimyəvi və mikrobioloji dəyişikliklər baş verir ki, bu da onların qidalılıq dəyərinin aşağı düşməsinə, dadına, iyinə, rənginə, görünüşünə, bir sözlə, keyfiyyətinə təsirsiz ötüşmür. Bu dəyişikliklərin хarakteri və surəti malın tərkibindən və хassələrindən asılıdır. Havanın tərkibi, temperaturu və rütubəti, şüa enerjisi, mikroorqanizmlər və s. baş verən dəyişikliklərə təsir göstərən amillərdəndir. Bu təsirlər nəticəsində məhsulun görünüşündə dəyişikliklər baş verir, eyni zamanda, kimyəvi və biokimyəvi proseslər sürətlənir. Bu zaman həmin məhsulların tərkibindəki stafilakok bakteriyaları aktivləşir və istehlak zamanı insan orqanizmi üçün zəhərlənmə təhlükəsi yaradır.
Bütün bu sadalananları nəzərə alaraq istehlakçılar da qida məhsullarını alarkən onların üzərində qeyd olunmuş temperatur rejimlərinə, uyğun şəraitdə və müddətdə saxlanmasına xüsusi diqqət yetirməlidir. İstehlakçı olaraq hər kəs bilməlidir ki, temperatur, məhsulun saхlanılması zamanı gedən bütün proseslərin intensivliyinə təsir göstərir. Temperaturun artması ilə suyun buхarlanması, mikroorqanizmlərin və zərərvericilərin fəallığı güclənir. Ona görə də birinci növbədə nəzərə almaq lazımdır ki, növündən və tərkibindən asılı olaraq ərzaq mallarının optimal saxlanma temperaturu mənfi 180 C-dən müsbət 250 C arasında dəyişir. Dondurulmuş məhsullar (ət, balıq, tərəvəz) üçün optimal temperatur –180 C hesab edilir. Belə şəraitdə mikrobioloji, biokimyəvi və kimyəvi proseslər demək olar ki, dayanır. Onu da nəzərə almaq lazımdır ki, ət məhsullarının bir dəfədən artıq dondurulması onun keyfiyyətinə mənfi təsir göstərir.
Yeyinti məhsullarının əksəriyyətinin saхlanılması üçün 0-40 C qədər temperatur lazımdır. Belə şəraitdə süd məhsulları, meyvə və tərəvəzlərin çoxu, yumurta, bitki yağları və s. yaxşı qalır. Tərkibində duz, şəkər, turşular olan ərzaq mallarını mənfi 2-50 C-də saхlamaq məsləhət görülür. Belə məhsullara duzlu, qaхac edilmiş və soyuq hislənmiş balıqlar, pendirlər, yarımhislənmiş və çiy hislənmiş kolbasalar, meyvə və tərəvəzlərin bəzi növləri (alma, kələm, soğan, sarımsaq) aiddir. Nəmliyi az olan ərzaq mallarını (un, yarma, şəkər, nişasta, ədviyyatlar) mənfi 20 C-dən müsbət 250 C arasında, konservləşdirilmiş ərzaq mallarını isə 0-250 C arasında saхlamaq mümkündür.
Diqqətli istehlakçılar temperaturun dəyişməsi nəticəsində qida məhsullarında baş verən dəyişikləri aydın müşahidə edə bilər. Belə ki, temperaturun aşağı düşməsi ilə əlaqədar məhsullarda bulanıqlaşma (şərab, pivə, mineral sular), qatılaşma (bitki yağlarında), həmçinin çox sulu məhsullarda suyun donması baş verir. Temperaturun artması nəticəsində isə duru məhsulların həcmi artır, yağ əriyir, məhsullarda kimyəvi və biokimyəvi proseslər sürətlənir.
Məhsulların saxlandığı yerlər təmiz və yaxşı havalandırılmalıdır. Qida məhsullarının saxlandığı qabların sanitar və digər tələblərə cavab vermədiyini müşahidə etsəniz, yuxarıda sadalanan tələblərə əməl edilməməsinin şahidi olsanız, dərhal Dövlət Xidmətinə müraciət edin.
Bütün xəbərlər Facebook səhifəmizdə