Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Berdavan kəndində seçkiqabağı təşviqat zamanı Azərbaycanla münasibətlər barədə danışıb. O bildirib ki, yaxın vaxtlarda sərhədlərin delimitasiyası aparılacaq. “Sülh Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini tanıması əsasında qurulub. Bu o deməkdir ki, sərhəd Sovet Ermənistanında necə olubsa, elə də olacaq.
Delimitasiya şimaldan başlayacaq və İran sərhədinədək davam edəcək. TRİPP layihəsini həyata keçirməyə başlayacağımız ərazilərdə sərhədləri qısa hissələr üzrə delimitasiya edəcəyik. Digər sahələr üzrə isə işləməliyik”, – N.Paşinyan bildirib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB