“İnanılmaz bir qadın...”

Milyonçu Skuter Braun ilk dəfə Sidni Suini ilə münasibətini təsdiqləyib...

...Aktrisa Sidni Suini ilə milyonçu musiqi prodüseri Skuter Braun arasında romantik münasibətlər barədə şayiələr bir müddətdir ki, yayılır və indi sərvəti təxminən 500 milyon dollar, hətta bəzi mənbələrin 1 milyard dollardan çox olduğunu bildirdiyi şəxs məşhurla münasibətləri barədə ilk dəfə ictimaiyyətə danışıb.

SİA-nın məlumatına görə, 44 yaşlı Skuter Susi Vaysın podkastında çıxış edib və orada o, "Euphoria" ulduzu ilə romantik münasibətlərini təsdiqləyib, həm də sevgilisinə heyranlığını gizlətməyib.

Prodüserin sözlərinə görə, Sidneylə tanışlıq onun həyatının ən xoş kəşflərindən biri olub.

...Mən inanılmaz bir qadınla tanış oldum - mehriban, səxavətli, ağıllı, səmimi və çox sadəlövh. Bu, həyatımın ən böyük sürprizlərindən biri idi, - deyə Braun paylaşıb.

Xatırladaq ki, 28 yaşlı Svini Braunla görüşməzdən əvvəl iş adamı Conatan Davino ilə təxminən səkkiz il münasibətdə olmuşdu.

Cütlük hətta nişanlı idi və 2025-ci ilin may ayında toy planlaşdırırdılar, amma heç vaxt evlənmədilər. Skuterin özü səkkiz il aktivist Yael Koenlə evli olub və onun üç oğlu var: Caqqer, Levi və Hart...

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə